Sevdiyimiz meyvələr insanın xarakteri barədə məlumatlar verir. Əgər ən çox sevdiyiniz meyvə:
Portağal olarsa...
Sonsuz səbr və iradəyə sahibsiniz.
İşlərinizi yavaş-yavaş ancaq dərindən araşdırandan sonra edirsiniz.
Çox işləməkdən əsla yorulmursunuz.
Etibarlı və özü-sözü bir dostsunuz.
Anlaşılmazlıqları nəyin bahasına olur-olsun aradan qaldırırsınız.meyvələr
Alma olarsa..
Sərt və əsəbi bir insansınız.
Yaxşı təşkilatçı ola bilərsiniz.
Tez qərar vermək qabiliyyətinə maliksiniz.
Səyahət etməkdən xoşlanırsınız.
Daxilinizdəki həyat eşqi heç vaxt sönmür.
Banan olarsa...
Mülayim və şəfqətlisiniz.
Utancaq bir insansınız.
Tez-tez özünəgüvənməməyin qurbanı olursunuz.
İnsanlar sizin ürəyiyumşaqlığınızdan sui istifadə edirlər.
Gilas olarsa...
Həyat sizin üçün o qədər də ədalətli deyil.
Enişli-yoxuşlu xarakterə sahibsiniz.
Möhtəşəm xəyal gücünüz var.
Yaradıcı işlərdən xoşlanırsınız.
Sadiq və etibarlı dostsunuz, ancaq duyğularınızı dilə gətirməkdə çətinlik çəkirsiniz.
Üzüm olarsa...
İncə ruhlu insansınız. Bəzən səbr kasanız daşır. Ancaq tez sakitləşməyi bacarırsınız.
Gözəl olan hər şeyi sevirsiniz.
İstiqanlı və sosiallaşamağı sevən insan olduğunuz üçün ətrafınızda çox populyarsınız.
Gördüyünüz hər işdən zövq almağı bacarırsınız.
İnsanlar sizinlə birlikdə olanda darıxmırlar.
Şaftalı olarsa...
Həyat eşqi yüksək oan insansınız. Yaşamağı sevirsiniz.
Dostluqlarınız həyatınızın ayrılmaz hissəsidir.
Hadisələri böyütməyi sevmir, tez bağışlayırsınız.
Açıqsözlüsünüz.
İdeal sevgili olursunuz. Amma sevginizi başqalarının gözü qarşısında göstərməkdən xoşlanmırsınız.
Heyva olarsa...
Təvazökar və mühafizəkar insansınız.
Diqqətlisiniz.
İşləriniz tez bazar etməyi xoşlamırsınız.
İddialı insansınız. Rəqəmlərlə olan işlərdə daha uğurlusunuz.
Həyat yoldaşı, dost seçərkən onun xarici görünüşündən çox ağlını qiymətləndirirsiniz.
Armud olarsa...
Ağlınıza qoyduğunuz işi mütləq edirsiniz.
Amma başladığınız işi bitirməkdə çətinlik çəkirsiniz. Çünki əməyinizin nəticəsini o dəqiqə görmək istəyirsiniz.
Tənqidə açıqsınız.
Tez ünsiyyət qura bilsəniz də, münasibətləri davam etdirməkdə çətinlik çəkirsiniz.
Əncir olaras...
Ciddi, düşüncəli və həssasınız.
Ünsiyyət qurmaqdan xoşlansanız da, daima arada pərdə saxlayırsınız.
Açıqgözlü, tez öyrənənsiz.
İnadcıl xarakterə sahibsiniz.
Qovun olarsa...
Qorxusuz bir insan olub, hadisələrə soyuqqanlı yanaşa bilirsiniz.
Əyləncəni sevən, comərd insansınız.
İş həyatında tutduğunu qoparan, hər zaman doğru yerdə olmağı bacaransız.
Yeni insanlarla tanış olmağı sevirsiniz.
Qarşı cinsin üzərində ən yaxşı silahınız yumor hissinizdir.
Tarix: 27.11.2014 / 12:03 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Ümumi Psixologiya