Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilinizin yalan danşdığını necə ayırd edə bilərsiniz

Əl Gizlətmək_
İnsan yalan danışdığında əllərini arxasına, ciblərinə, ya da stolun altına gizlətməyə meyl göstərər. Gedərkən də sevgilinizin sizdən bir addım geridə qalması, danışdığınız mövzudan narahat olduğunu göstərən bir hərəkətdir...

_Burun Qaşımaq_
Burun qaşıma ağ yalanların klassik işarəsidir. Ayrıca sevgiliniz sizdən gerçəkləri gizlədərkən böyük bir ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına toxunur, çünki insanlar gerçəyi söyləmədiyi zamanlarda əlləriylə üzlərinə toxunur...

_Göz Hərəkətləri_
Sevgilinizə cavabını bildiyiniz sualları verin, cavabın alın, məsələn; «nə yemişdin?» ya da «maşınını harda saxladın?» cavabını düşünərkən gözlərinin hara getdiyini izləyin gözlərinin doğru söylərkənki hərəkətini beyninizə həkk edin, çünkü sevgilinizin gözləri hər doğru cavabda eyni hərəkəti edəcək, amma yalan danışırsa mütləq bu hərəkət fərqliləşəcək…

_Aşağı Baxmaq_
Bir çox insan yalan danışdıqdan sonra özünü günahkar hiss edir, bu səbəblə fərqində olmadan qarşısındakının düşündüklərinə nəzarət etmək üçün, gözlərini yuxarıdan aşağıya endirir. Sevgiliniz bir şey izah edərkən eynilə belə edirsə yalan danışır ola bilər...

_Öskürmək_
Əgər sevgilinizdən harada olduğunu soruşduğunuzda öksürməyə başlayarsa, bu yaxşı işarə deyil yalandan öskürmə klassik aldatma texnikasıdır. Bədən yalana etiraz etməyə şalışır, öskürmək hekayə uydurmaq üçün zaman qazanma şansını artırar...

_Sürətli Danışmaq_
Sevgiliniz nə qədər sürətli danışsa yalan danışdığından o qədər çox şübhələnə bilərsiniz. İnsanlar sürətli danışdıqlarında, yalanlarının ortaya çıxmayacağını düşünürlər...

_Nəfəs alıb-vermək_
Yalan danışan birinin rahat nəfəs alamadığını əsla unutmayın, təzyiq altında olduğu zaman qarınından nəfəs almağı buraxıb, sinəsindən nəfəs alar...

_Gülmək_
Bir çox insan yalan danışdığında, ilk başda rahatlayar bunun təsiri səsinə də əks olunar, yüksək səslə danışar və daha şən olar və şişirdilmiş bir gülmə içinə girər...


Tarix: 27.11.2014 / 13:16 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Ümumi Psixologiya
loading...