Amerikalı Bella Vims doğum günündə ailəsindən avtomobil istədi. Ailəsindən «qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı.
Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.
14 yaşında öz işini qurdu
Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra „Oriqami Oul” adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı.
Qarşıma məqsəd qoydum, milyonçu oldum
Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 17 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.
Tarix: 05.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Ümumi Psixologiya