Bəli, həyatı layiq olduğu şəkildə yaşamaq lazımdı. «Onsuzda belə yaxud elə yaşadım, fərq etməz, ömürdən gedir» kimi yalnış fikrə qapılmamalıyıq. Çox təəssüfki insan oğlu hər zaman sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarını təəssüfüynən yaşayır. Çox maraqlıdı, elə deyilmi ?!
Sanki özümüz öz həyatımızı pessimistliyə, ruh düşkünlüyünə salmaq üçün yollar axtarırıq. Hər zaman narahatıq.
Belə yerdə mövzuya uyğun bir atalar sözü yadıma düşdü: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Həqiqətən də biz həyatımıza nə qatsaq elə onu da dadacağıq, yaşayacağıq. Elə hey istəyirik, istəyirik..Bir soruşan yoxduki «Sən bu istəklərə layiqsənmi?, haqqın çatırmı ?, Layiq olmaq üçün nəsə etdinmi ?» Siz bu suallara cavab tapana kimi mən sizə bir neçə tövsiyə təqim edirəm. Sadəcə oxumaqla kifayətlənməyin.
1-Ucuz avtomobil istifadə et, amma, ala biləcəyin ən gözəl evi al.
2-Hər zaman və hər mühitdə danışa biləcəyin üç lətifə öyrən.
3-Sevinməyi əsla təxirə salma.
4-Həyat yoldaşını çox yaxşı və diqqətli seç. Çünki bu seçim xoşbəxtliyivin və ya bədbəxtliyivin 90%-ni özündə ehtiva edir.
5-Hər gün 30 dəqiqə piyada gəz.
6-Hər dəfə yeməyi yeyib qurtardıqdan sonra şükr elə.
7-Bir yoldaşına sirrini danışmamışdan əvvəl iki dəfə düşün.
8-Maaş çekini imzalayan insanları əsla tənqid etmə.
9-İtirəcək bir şeyi olmayan insanlardan qorx.
10-Gözünün qarşısında həmişə gözəl şeylər saxla.
11-Elə yaşa ki, uşaqların adət-ənənə, menatlitet, ailə dəyərləri sözünü eşidəndə səni xatırlasın..
12-Dininə aid kitabı — müqəddəs Qurani-Kərimi dərinliyinə kimi anlamaq üçün 1 il onu oxumağa vaxt ayır.
13-Biri səni qucaqladığında ilk buraxan sən olma.
14-Hər gün 6 stəkan su içməyi unutma ..
15-Səni sevən insanları qoru ..
16-Çətin də olsa ailənlə istirahətə, tətilə çıxmaq üçün bütün cəhdləri et. Çünki bu tətildəki xatirələr, həyatındakı ən qiymətli xatirələrdən biri olacaq.
17-Özünə rəva bilmədiyin bir şeyi başqalarına rəva bilmə.
18-Uğurunu daxili sakitliyi, dincliyi tapdığın, sağlam olduğun və sevildiyin zaman qiymətləndir.
19-Xoşbəxt və uğurlu evliliyin iki şeydən asılı olduğunu unutma:
a) Doğru insanı tapmaq
b) Doğru insan olmaq.
20-Valideynlərini, yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.
21-Evlilik həyatını gözəlləşdirmək üçün hər gün nəsə et.
22-Yaxşılığı özündə ehtiva edən bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.
VƏ SONDA
Həyatındakı pis hadisələri düşünərək vaxtını itirmə; Yoxsa sahib olduğun və baş verən gözəllikləri görməkdə ləngiyə bilərsən… "
Tarix: 05.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Ümumi Psixologiya