beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çarəsiz qalan xəstəni Azərbaycanda unikal əməliyyatla sağaltdılar

Mili Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Hospitalında daha bir unikal əməliyyat həyata keçirilib.
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-cərrah Araz Bayramov tərəfindən gerçəkləşdirilən cərrahiyyə əməliyyatından iki gün sonra xəstə evə buraxılıb.
TƏBİB.AZ-a açıqlamasında Araz Bayramov bildirib ki, laparoskopik yolla böyrək şişindən əziyyət çəkən xəstə düşdüyü vəziyyətdən xilas edilib: “74 yaşlı qadın xəstədə bir neçə ay öncə bədxassəli şiş aşkarlanıb. O, ümumi müayinələrdən sonra əməliyyat üçün bizə müraciət edib. Baxmayaraq ki, xəstə iri böyrək şişindən əziyyət çəkirdi, biz onu heç bir ağrı, qanama, stress olmadan ölkəmiz üçün nadir əməliyyatlardan sayılan laparoskopik radikal nefrektomiya yolu ilə əməliyyata aldıq. Əməliyyatımız uğurlu oldu və xəstə həyatı üçün təhlükəli mərhələni adladı”.
Bədxassəli böyrək şişləri ilə bağlı vaxtaşırı müraciətlər aldığını deyən uzman-uroloq söylədi ki, indiyə qədər onlarla xəstə xərçəng xəstəsi olmasına baxmayaraq, əməliyyat olunub və hazırda yaşayır: “Bu əməliyyat zamanı böyrək şişləri radikal götürülür. Xəstəyə əməliyyat sonrası müalicə yazılır. İlk dəfə olaraq Fransada Eduard Herriot adına Mərkəzi Xəstəxanasında laparoskopik radikal nefrektomiya yolu ilə əməliyyat etmişik. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda da bunu həyata keçiririk və kifayət qədər uğurlu nəticələr var. Hazırda çalışdığım Mili Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Hospitalında bu əməliyyatı həyata keçirmək üçün bütün müasir imkanla yaradılıb. Böyrək şişindən əziyyət çəkən xəstələr, xüsusən erkən mərhələdə üz tutanlar sadə yolla bu problemdən qurtula, uzun müddət yaşaya bilir. Eyni zamanda Azərbaycanda ən böyük serialı, 8 sm-lik mərcanvari böyrək daşlarının tam kəsiksiz üsulla çıxarılması da tərəfimizdən aparılır”.
Xatırladaq ki, Araz Bayramov bundan öncə Fransada Eduard Herriot adına Mərkəzi Xəstəxanada çalışıb. 2010-cu ildən Azərbaycana qayıdan Fransa təhsilli uzman ölkəmizdə ilk dəfə olaraq laparoskopik uroloji əməliyyatlar həyata keçirib. Xüsusən böyrək daşlarının tam kəsiksiz üsulla çıxarılması, prostat adenomasının plazma-kinetik üsulla müalicəsi, sidik daşlarının holmium-lazerlə müalicəsi onun ölkə səhiyyəsinə gətirdiyi yeniliklər arasındadır.
Dr. Araz Bayramov
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü
Fransa təhsilli uzman
Uroloq-androloq-cərrah
Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) mükafatı laureatı
Telefon: 050-234-55-60


Tarix: 26.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Urologiya