beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidik ifrazatı sisteminin anomaliyaları

Sidik ifrazatı sisteminin anomaliyaları ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurlarındandırlar və onlar müxtəlif əhəmiyyətlidirlər. Bəziləri rüşeymin bətndaxili məhvinə və ya erkən uşaqlıq yaşında ölümə səbəb olur. Digərləri isə sidik ifrazatı sisteminin funksiyalarını hissediləcək dərəcədə pozmurlar və təsadüfən müəyyən olunurlar.

Anomaliyaların bir hissəsi asta tərəqqi ilə fərqlənirlər. Sidik-ifrazat sisteminin bəzi anomaliyaları böyrəklərdə daş xəstəliklərinin, xroniki pielonefritin, arterial hipertenziyanın əmələ gəlməsinə təkan verən faktorlar ola bilərlər.

Anomaliyaların əmələ gəlməsinin müəyyən olunmuş səbəbləri içində - irsi faktoru, ananın bəzi xəstəlikləri (məsələn, hamiləliyin ilk aylarında məxmərək), ionlaşdırıcı təsirlər, sifilis, alkoqolizm, hormonal hamiləlik əleyhinə preparatlar və s. vardırlar.

Sidik ifrazatı anomaliyası xəstəliyi tapıldıqda xəstənin ailə üzvlərinin hamısını tam müayinədən keçirmək lazımdır. Sidik ifrazatı sistemi anomaliyalarını müxtəlif qruplara ayırırlar: böyrəklərin sayının anomaliyası – ikitərəfli ageneziya, birtərəfli ageneziya (yeganə böyrək), ikiləşmiş böyrək; böyrəklərin vəziyyətlərinin anomaliyası – homolateral distopiya (sallanmış böyrək öz tərəfindədir), geterolateral – kəsişmiş distopiya (böyrəyin əks tərəfə keçməsi); böyrəklərin qarşılıqlı anomaliyası (sarılmış böyrəklər) – nalşəkilli, təbəqəşəkilli, S-şəkilli, L-şəkilli böyrək, böyrəklərin ölçü və quruluş anomaliyaları - aplaziya, hipoplaziya; böyrək polikistozu; böyrək boşluğunun genişlənməsi (pielit), divertikullar, böyrək boşluğunun ikiləşməsi, say, kalibr, forma, böyrək çıxış yollarının vəziyyəti anomaliyaları.


Tarix: 16.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Urologiya