beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək sancısı

Böyrək sancısı – bel nahiyəsində kəskin ağrılı sindromdur, bir sıra böyrək xəstəliklərində müşahidə olunur.

Böyrək sancısının ən çox hallarda səbəbi böyrək daşı xəstəliyi, hidronefroz və nefroptozdur (bu halda yuxarı sidik yollarında urodinamika pozulur). Böyrək sancılarını qan laxtalanması ilə sidik axarının tutulması, böyrək vərəmində kazeoz kütlələr, şişlər, həmçinin, polikistoz və digər böyrək və sidik axarı xəstəlikləri törədə bilərlər. Simptomlar kompleksinin inkişafında aparıcı rol işemiyalı sidik yolları spazmasının, böyrək kapsulu fibroz dartılması və böyrək yatağı reflyuksunun payına düşür.

Simptomlar və gedişat

Tutmalar çox vaxt qəfildən bel nahiyəsində güclü ağrılar şəklində inkişaf edir, lakin bəzən əvvəlcə böyrək nahiyəsində artan diskomfort olur. Yerimək, qaçış, motosikl sürmək, ağırlıq qaldırmaq bir çox hallarda tutmaya səbəb olurlar, lakin o sakitlikdə də baş verə bilər. Ağrının intensivliyi tezliklə artır, xəstə ağrıdan özünə yer tapmır, əlləri ilə ağrılı böyrünü tutaraq bərkdən zarıyır. Ağrı bel nahiyəsində lokallaşır, sonra sidik axarı yolu ilə aşağı keçir, qasıq nahiyəsinə və cins üzvlərinə vurur. Sidik araşdırmalarında, adətən, eritrositlər və azacıq zülal tapılır, bəzən konkrementlər, duzlar və qan olur.

Çox vaxt sidik axarı daşlarında böyrək sancısı bağırsaq parezinin kəskin halına oxşar olaraq qarında ağrılarla müşaiyət olunur. Belə hallarda appendisit, xolesistit, bağırsaq keçilməzliyi və pankreatitlə diaqnostikanın differensiallanması asan olmur, bundan əlavə tutma adətən ürəkbulanması və qusma ilə müşaiyət olunur, sidikdə eritrositlərin olması isə heç də appendisitin olmasını inkar etmir. Əgər kiçik ölçülü daş sidik axarının aşağı şöbəsindədirsə və ya böyrək sancısı qumun çıxması ilə bağlıdırsa, tez-tez sidik ifrazatı siqnalları gəlir. Tutma üşütmə, hərarətin yüksəlməsi, taxikardiya, leykositoz və EÇS-nin yüksəlməsi ilə müşaiyət oluna bilər. O tez qurtara bilər və ya bir neçə saat çəkə bilər.

Diaqnoz

Böyrək sancısı diaqnozunu ağrının xarakterik lokallaşması və yayılması, əllə böyrək nahiyəsinə toxunduqda artması, sidik dəyişiklikləri, xromosistoskopiya və venadaxili uroqrafiya əsasında müəyyən edirlər. Böyrək-daş xəstəliyində və hidronefrozda tutma gündüzlər və gecələr ola bilərlər (xəstələr istənilən formada yata bilirlər), nefroptozda ağrı daha çox gündüzlər olur (xəstələr ağrıyan böyürləri üstündə yatmağı xoşlayırlar). Xromosistoskopiyada tutma zamanı xəstəlik olan tərəfdə indiqokarmin ayrılmır və ya onun ayrılması xeyli ləngiyir. Bəzən sidik axarının başlanğıcında şiş, qansızma və ya sıxılmış daş olur. Tutmalarsız hidronefrozda indiqokarmin ayrılması həmişə ləng, nefroptozda isə, adətən, normal gedir.

Venadaxili uroqrafiya – böyrək sancısı diaqnostikasının və onun differensial diaqnostikasının (qarın nahiyəsi üzvlərinin kəskin cərrahi xəstəlikləri) ən qiymətli üsuludur. O, nefrolitiazda daşı tapmağa və sidik yolları dəyişikliklərini müəyyənləşdirməyə imkan verir, hidronefrozda –böyrəyin patoloji sürüşməsi və sidik axarının əyilməsi. Venadaxili uroqrafiya, həmçinin, böyrək sancılarının digər, daha nadir səbəblərini araşdırmağa imkan verir.

Müalicə

Müalicəni istilik verilməsindən (37-39 C temperaturda qrelka, vanna), spazmolitik və ağrıkəsici vasitələr. Tutmanı dəf etmək üçün əzələdaxilinə baralgin məhlulu 5 ml miqdarında vurulur və gündə 3 dəfə daxilə 0.5q baralqin qəbul olunur və ya dəri altına 0,1 % -li atropin 1ml miqdarında 2%-li promedol 1ml və ya 2%-li pantopon 1ml (və ya 1%-li morfin məhlulu 1ml) vurulur. Uzunçəkən tutmalarda toxum kanalçığını (uşaqlıq boyunun dairəvi birləşdiricisini) zədələnmə tərəfindən novokain blokadası etmək məqsədəuyğundur. Hərarətin yüksəlməsi ilə müşaiyət olunan böyrək sancısında göstəriş xəstəxananın uroloji şöbəsidir və orada müalicə məqsədilə sidik axarının kateterizasiyası aparıla bilər.

Proqnoz

Vaxtında və adekvat müalicədə məqsədəuyğundur.


Tarix: 16.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Urologiya