beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerika alimləri mobil süni böyrəyin sınaqlarına başlayıblar

ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri portativ süni böyrəyin sınaqlarına başlayıblar.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, zəruri avadanlıqlarla təchiz olunmuş kəmər formalı yeni mobil qurğu hemodializ üçün böyük stansiyaları əvəz edir. Portativ süni böyrək akkumulyatorla işləyir. Pasiyent istənilən vaxt qanın təmizlənməsi prosesini işə sala bilər. Qurğunun çəkisi təqribən 5 kiloqramdır.
Alimlər əmindirlər ki, lazım gəlsə, onun ölçülərini bir qədər də azaltmaq olar. Qurğudan daha rahat istifadə edilməsi istiqamətində də işlər aparılır.
Klinik sınaqların birinci mərhələsində alimlər yeni süni böyrəyin nə dərəcədə təhlükəsiz olması sualına cavab verməyə çalışacaqlar.
Qurğu sidik ifrazı sistemi ilə bağlı xəstəlikləri olan 16 könüllü pasiyent üzərində sınaqdan keçiriləcək. Sınaqların müddəti azı 28 gün olacaq.
Qeyd etmək lazımdır ki, alimlər mobil süni böyrək yaradılmasına 10 ildən çox vaxt sərf ediblər.
Süni böyrəyin faydalılıq dərəcəsi tədqiqatlar seriyasının sonunda məlum olacaqdır.


Tarix: 16.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Urologiya