beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək xəstəliklərindən qorunmaq lazımdır

Xroniki böyrək xəstəliyi üçün "yüksək risk qrupları" arasında şəkər xəstələri, hipertoniyası olanlar, ürək-damar xəstəliyindən əziyyət çəkənlər, yaşlılar və ailəsində böyrək xəstəliyi olanlar aiddir. Digər qruplara isə piylənmə xəstəliyi olanlar, siqaret çəkənlər, böyrəyində daş və sidik yolu infeksiyaları olanlar, tez-tez ağrı kəsici dərmanlardan istifadə edənlər və s. daxildir.
Orqanizmin müxtəlif funksional sistemlərində olan bəzi xəstəliklər böyrəklərin də fəaliyyətinin pozulmasına səbəb olur. Bunun üçün düzgün müayinə vacibdir. Sidiyin ümumi müayinəsində leykositlərin, bakteriyaların, eritrositlərin və zülalın miqdarının artmasını; qanın biokimyəvi müayinəsində isə qanda sidik cövhəri, kreatinin, azot qalığı, turşu-qələvi müvazinəti göstəricilərini müəyyənləşdirmək məqsədə uyğundur.
Düzgün diaqnoz nə qədər əhəmiyyətlidirsə müalicə də bir o qədər vacibdir. Bu baxımdan hər hansı şikayətiniz olduqda mütləq müayinə və müalicəyə diqqət edin. Böyrəkləri qorumaq üçün:
1 - Xüsusilə 40 yaşından etibarən ildə bir dəfə sidik və qan təhlili etdirin. Beləcə ola biləcək böyrək xəstəliyiniz varsa erkən mərhələdə müəyyən edilə bilər.
2 - Qədərində su içmək böyrəklər üçün faydalıdır. Normal çəkidə yetkin bir qadının gündə 1.5-2 litr, kişilərin isə 2-2.5 litr su içməsi məsləhət görülür. Az içilən su kimi, çox içilən su da zərər verir.
3 - Yeməkləri duzsuz yemək məsləhətdir.
4 - Nizamlı olaraq idman edin. Məşq əsnasında su içmək də olar.
5 - Siqareti tərgitmək yaxşı təsir göstərir.
6 - Tez-tez ağrı kəsici dərmanlardan az istifadə edin.


Tarix: 16.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Urologiya