beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qlomerulonefrit

Qlomerulonefrit - əsasən böyrəyin yumaqcıq aparatının zədələnməsilə böyrəklərin immun-allergik xarakterli itihabı xəstəliyidir.
Xəstəlik çox vaxt angina, yuxarı tənəffüs yollarının infeksiyası, pnevmoniya və digər xəstəliklərdən sonra baş verir.

Xəstəliyin inkişafı virus infeksiyaları, müxtəlif vaksin və zərdabların yeridilməsindən sonra da mümkündür.
Əksər hallarda qlomerulonefrit birləşdirici toxumanın sistemli xəstəliyi ilə müşayət olunur.

Bəzi bakteriyaların toksinləri (Çox vaxt streptokokklar) infeksiya xəstəliyi zamanı böyrəyin yumaqcıq aparatının quruluşunu zədələyirlər. Buna cavab olaraq orqanizmin immun sistemi zədələnmiş hissəcikləri kənarlaşdırmaq üçün xüsusi böyrək antigenlərini yaradır.

Lakin soyuqlama nəticəsində immun reaksiyasının gedişatının normallığı pozulur, infeksiyalar və s. immun kompleksli güclü allergik reaksiya yaradır və nəticədə böyrək kanalcıqlarının bazal membranının sağlam hüceyrələri də dağılır.

Simptomlar və gedişat

Xəstəlik 3 əsas simptomlarla xarakterikdir: ödem, hipertonik və sidik. Xəstəliyin ilkin əlaməti şişkinlikdir (çox vaxt üz - ağ, şişkin olur). Bu halda sidik ayrılması azalır (gündə 400-700 ml). Sidik ifrazatının tərkibində eritrositlər, zülallar, hialin (ağır hallarda voskovid) silindrlər artırlar.

Zülalın sidik ifrazatı tərkibində yüksək olması yalnız ilk 7-10 gündə müşahidə olunur. Sonra onun miqdarı azalır və xəstəliyin müəyyən dövründə ümumiyyətlə olmur.

Natrium və suyun orqanizmdə ləngiməsi dövr edən qanın həcmini artırır, böyrəklərin qanla qidalanmasını pozur - böyrəklərin volemik reseptorlarının qıcıqlanmasına gətirir. Bu böyrək hipertoniyasının əsas inkişaf faktorudur.

Bütün kliniki simptomlar özlərini biruzə verdikdə xəstəlik kəskin formada keçə bilər. Sonra adətən geriyə dönüş başlayır: şişlər yatır, sidik analizi və arterial təzyiq normallaşırlar.

Qlomerulonefritin laten gedişatında xəstəlik tədricən hər hansı subyektiv simptomlarsız başlayır, azacıq təngnəfəslik, şiş, bel nahiyəsində zəif ağrılar olur. Xəstəliyin belə gedişatında xroniki hala keçid təhlükəsi var, bu halda müalicə çətinləşir və böyrək çatışmazlığı baş verir.

Tanınma

Xəstəliyin ilk əlamətlərində həkim – uroloqa müraciət etmək lazımdır. Xəstəliyi dəqiqləşdirmək üçün qan və sidik analizi vermək lazımdır, lakin qlomerulonefritin diaqnostikasında böyrəklərin biopsiyası üsulu həlledicidir.

Müalicə

Qlomerulonefritin müalicəsini stasionar şəraitdə ciddi həkim nəzarəti altında aparırlar. Terapiya şişlərin azalması, arterial təzyiqin düşməsi, böyrəklərin funksiyalarının yaxşılaşdırılması istiqamətində aparılır. Orqanizmdə allergiyalaşmanı azaltmaq üçün desensibilizasiya edici terapiyaya üstünlük verilir. Xəstə duzsuz dietə qidalanmalı, heyvani zülallarının qəbulunu məhdudlaşdırmalıdır, süd-bitki mənşəli qidaya keçməlidir.

Profilaktika

Qlomerulonefrit keçirmiş xəstələr soyuqlamamalıdırlar. Qadınlar 2 il hamiləlikdən uzaq olmalıdırlar. Kəskin qlomerulonefrit keçirmiş adamlar dispanser nəzarəti altında olmalıdırlar


Tarix: 16.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Urologiya