beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidik kisəsi şişləri

Ümumiyyətlə, bütün şişlərin 4 faizi sidik kisəsi xoşxassəli və bədxassəli şişlərinin payına düşür. Sidik kisəsi şişlərinin yaranma səbəbləri sualının cavabı hələ ki, tam müəyyənləşdirilməmişdir. Məlumdur ki, sidik kisəsi şişləri bəzən anilin boyaları istehsalında işləyən adamlarda olur. Lakin pasiyentlərin çoxunda xəstəliyə qədər anilin boyaları istehsalı prosesində əmələ gələn maddələrlə kontaktda olduqları müşahidə olunmayıb. Xəstəliyin baş verməsinə siqaret çəkmək, fenasetinin həddən çox qəbulu, siklofosfamidlə müalicə şərait yaradır.

Məlumdur ki, sidik kisəsi xərçəngi olan adamlarda sidikdə həddən artıq endogen kanserogenlər – insan orqanizmində əmələ gələn kanserogenlər olurlar. Bəzi amin turşularının parçalanmasından əmələ gələn məhsullar belə kanserogenlərə aiddir. Parazitar xəstəlik – şistomatozla xərçəng yaranması arasında əlaqə vardır. Bu xəstəliyə daha çox Afrika və Yaxın Şərq ölkələrində rast gəlinir. Sidik kisəsi şişləri daha çox kişilərdə olur.

Şişlər epitel – nazik divar təbəqəsində yaranırlar, həmçinin digər toxumalarda, o cümlədən birləşdiricilərdə (fibroma, fibromiksoma, gemangioma, leyomioma və s.) şişlər yaranırlar. Şişlər xoşxassəli və bədxassəli olur. Birincilərə adenoma, endometrioz şişlər, feoxromositomlar aiddirlər. Şərti olaraq bu qrupa papillomlar da aiddir. Sonuncular bəzən özlərini xərçəngin ilkin pilləsi kimi biruzə verirlər. Bədxassəli şişlərə xərçəng və sarkoma aiddirlər. Daha çox keçidli - toxumalı xərçəngə rast gəlinir.

Simptomlar və gedişat

Sidik kisəsi şişinin ən çox rast gəlinən əlamətlərindən biri sidikdə qan olmasıdır (hematuriya). Adətən qan səbəbi bilinmədən normal halda olur. Hematuriya bir neçə saat davam edə, sonra dayana və yenidən başlaya bilər. Bəzən itirilən qanın miqdarı çox deyil və hematuriya yalnız sidiyin kliniki analizi əsasında müəyyən olunur. Çox təəssüf ki, sidikdə qan əmələ gəlməsi gecikdirilmiş xərçəng əlaməti ola bilər.

Sidik kisəsi divarlarında artıb çoxalaraq xərçəng bu üzvün fəaliyyətini pozur ki, bu da sidik ifrazatı zamanı və ya daimi ağrılarlra müşayət olunur. Ağrılar sidik ifrazatı prosesinin sonunda daha artır. Gecikmiş xərçəngdə ağrılar daimi, əzabverici olurlar və aralıq, qasıq, anus sahələrinə, kişilərdə kisəciyə yayılırlar. Şişin parçalanmasında infeksiyalar baş qaldırırlar və sistit yaranır.

Şiş sidik axarının sidik kisəsinə girişini tuta bilər. Bunun nəticəsində sidik axması pozulur, sidik axarı və böyrək ləyənciyi genişlənir. Pielonefrit inkişaf edə bilər, uzunmüddətli gedişatda – hidronefroz və böyrək funksiyasının pozulması baş verə bilər.

Sidik kisəsi xərçəngi limfatik və qan damarları vasitəsilə digər üzvlərə keçərək onları da zədələyə bilər.

Diaqnoz

Sidik kisəsi şişlərinin, o cümlədən xərçənginin, əsas diaqnostika üsulları sistoskopiyadır – endoskopik araşdırmalardır. Sidik kanalına nazik metal boru yeridilir və onun vasitəsilə sidik kisəsi müayinə olunur. Həmçinin sidik çöküntüsünün araşdırılması aparılır və orada xərçəng hüceyrələri axtarılır. Əməliyyatdan qabaq şişin araşdırılmasını xüsusi sistoskop vasitəsilə aparırlar. Araşdırma üçün bir qədər toxuma götürülür.

Diaqnostikada rentgenoloji araşdırmalar böyük rol oynayırlar. Kontrast maddələr vena daxilinə vurulurlar, sonra sidik kisəsinin rentgen şəkli çəkilir və şişlərin olub-olmaması müəyyənləşdirilir. Konrast maddələri sidik kanalından da daxil etmək olar.

Müalicə

Sidik kisəsi şişlərinin, o cümlədən xərçəngin əsas müalicə üsulu operativ müdaxilədir. Əlavə üsullar kimi kimya terapiyası və şüa terapiyasından istifadə olunur. Xoşxassəli kiçik şişləri endoskopik vasitəsilə çıxarırlar. Belə çıxarılma imkanı olmadıqda qasıqüstü nahiyə yarmaqla əməliyyat aparılır. Xərçəngdə sidik kisəsi tam və ya qismən çıxarılır. Sidik kisəsi tam çıxarıldıqda sidik axarını ön qarın divarına tikirlər. Sidiyin çıxarılması sidik axarının çıxışına bərkidilən xüsusi kisəciklərlə həyata keçirilir.

Şüa və kimya terapiyaları cərrahi müalicəsinin nəticələrini yüksəldirlər, gec müraciət olunmuş xərçəngdə isə bəzən xəstənin halının stabilləşməsinə imkan verir.


Tarix: 16.01.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Urologiya