beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat vəzinin adenoması

Prostat, və ya prostat vəzi, kişilərin nəsilartırma və seksual funksiyalarında aktiv iştirak edən daxili cinsiyyət üzvdür. 40 yaşdan başlayaraq onda xoşagəlməz metamorfozlar prosesslər başlayırlar: onun qabığı tədricən bərkiyir, vəzin ölçüsü böyüməyə başlayır.

Məhz prostatın bu cür böyüməsi adenoma, prostatın hipertrofiyası və ya prostat vəzinin xoşxassəli hiperplaziyası (PVXH) adlanır.
Bu xəstəlik kişilərdə 40 yaşında 20, 60 yaşında 70 və 80 yaşında 90 faiz təşkil edir.

Bu günə qədər prostat adenomasının inkişaf səbəbləri axıra qədər aydınlaşdırılmamışdır. Hesab edirlər ki, bu xəstəlik kişi klimaksının bir formasıdır və hər bir yaşlı kişinin bu xəstəliyə tutulma ehtimalı böyükdür. Lakin hələ də prostat adenomasının baş verməsi ilə cinsi aktivlik, seksual orientasiya, tütün və alkoqol qəbulu, iltihablı və zöhrəvi xəstəliklərin keçirilməsi arasında hər hansı əlaqənin olması sübut edilməmişdir.

Simptomlar və gedişat

"Prostat vəzinin xoşxassəli hiperplaziyası" termini o deməkdir ki, prostatda kiçik ölçülü düyün (və ya düyünlər) əmələ gəlir və o tədricən sidik kanalını sıxır.
Əgər kanal prostat vəzinin içərisindən keçməsəydi bu xəstəlik, ümumiyyətlə, olmazdı. Belə ki, adenomanın əsas simptomu sidik ifrazı prosesinin pozulmasıdır.

Hesab olunur ki, sidik ifrazı prosesinin pozulması xəstəliyin başlanğıcıdır. İdealda kişilər məhz bu anda həkimə müraciət etməlidirlər. Müəyyən müddətdən sonra sidik ifrazı prosesi çətinləşir, intensivliyi azalır. Sidik axını zəifləyir, bir dəfəyə ifraz olunan sidiyin həcmi azalır. Sidik kisəsini tamamilə doldurmaq imkansızlığı sidiyin axmasına səbəb olur. Adenomanın bu mərhələsində elə güclü sidikburaxma siqnalları gəlir ki, adam bir an belə dözə bilmir.

Sidik prosesinin kəskin ləngiməsi xəstəliyin ilk mərhələsində də inkişaf edə bilər. Buna sidik kisəsinin uzun müddət dolmaması, həddən artıq soyuqlama və alkoqolun qəbulu səbəb ola bilər.

Sidik kisəsində təzyiqin artması damarların zədələnməsinə, sidiyə qanın qarışmasına – hematuriyaya səbəb ola bilər. Xəstəliyin növbəti inkişafı və sidiyin qalması nəticəsində sidik kisəsində daşlar əmələ gəlməsi ilə davam edir. Adenomanın ən qorxulu agırlaşması isə prostatın xərçəngidir.

Tanınma

Əgər sizdə sidiyə getməklə bağlı problem varsa – ciddi agırlaşmanı gözləməyin, həkim-uroloqa müraciət edin. Bu simptomlar arxasında adenomadan əskik olmayan ciddi pozuntular: uretranın sıxılması, sinir sisteminin zədələnməsi ilə bağlı sidikburaxmanın pozulması, iltihabi proseslər durur. Prostatın adenomasının diaqnozu üçün manual üsulla düz bağırsaqdan prostat vəzinin rektal müayinəsi aparır. Bu şişin xarakteri və prosesin dərinliyi haqqında mülahizə yürütməyə imkan verir. Əlavə informasiya almaq üçün kiçik çanaq üzvləri və prostat vəzi USM-dən keçirilməlidir. Prostat xərçənginin olmadığını bilmək üçün xüsusi prostat antigen analizi aparılır(XPA). Bundan əlavə, sidik kisəsinin funksiyasını qiymətləndirmək üçün urofluometriya vasitəsilə çıxan və qalan sidiyin miqdarı ölçülür.

Müalicə və profilaktika

Prostatın adenoması ilk mərhələdə dərmanların və ya müxtəlif üsulların köməyi ilə müalicə oluna bilir. Lakin xəstələrin əksəriyyəti həkimə sidiyin qalmasını hiss etdikdə (sidik kisəsi tam dolmur, sidik axır və ya daim iy gəlir) müraciət edirlər. Praktik olaraq belə hallarda cərrahi əməliyyat vasitəsilə şiş cıxarılır.

Bu xəstəliyin qarşısını qabaqcadan almaq üçün xüsusi tədbirlər yoxdur və prostat vəzinin müalicəsi üçün nəzərdə tutulmuş preparatlar onun profilaktikası məqsədi ilə qəbul etmək olmaz. Yaxşı olar ki, 50 yaşından sonra ildə bir dəfə uroloqda hərtərəfli müayinədən keçəsiniz.


Tarix: 16.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Urologiya