beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kriptorxizm

Kriptorxizm –xayaların kisəciyə düşməməsidir. Xayaların bətndaxili inkişafında onlar rüşeymin qarın boşluğunda yerləşirlər. Doğuşdan bir az qabaq xayalar kisəciyə düşürlər. Vaxtında doğulan normal uşaqda doğuşdan sonrakı ilk günlərdə xayalar kisəcikdə hiss olunmalıdırlar. Düşməmiş xayalar adətən qasıq kanalı boşluğunda olurlar, buradan həm də toxum kanalcığı keçir (sperma məhz buradan sidik kanalına düşür).

Kriptorxizm daha çox yarımçıq doğulan uşaqların 30 %-də olur. Vaxtında doğulan uşaqların 3-4 %-də kriptoxrizm hallarına rast gəlinir. Kriptorxizmin əksər hallarında ilk 3 ay ərzində xayaların müstəqil olaraq kisəciyə düşməsi baş verir. Vaxtında doğulan oğlan uşaqlarının 74%-də, vaxtında doğulmayanların isə 95%-də düşmə baş verir.

Xaya xərçəngi ehtimalı xayaları düşməyənlərdə 10 dəfə yüksəkdir. Hərarət qarın boşluğunda kisəciyə nisbətən 1-2 dərəcə yüksək olur və bu şəraitə uyğunlaşa bilməyən toxumalarda çox vaxt mutasiya əmələ gəlir. Xaya xərçəngi inkişafı risqi xayaları qarın boşluğunda yerləşmiş xəstələrdə daha çox müşahidə olunur. Bu halda birtərəfli kriptoxrizmdə, düşmüş xayanın xərçəngi xəstəliyinin inkişafı risqi xeyli yüksəlir.

Xayanın burulması səbəbindən qan dövranının pozulması, kəskin ağrılar və nəticədə sonsuzluq baş verə bilər. Belə hallar düşmüş xayalarda da ola bilər, lakin kriptoxrizmdə daha çox olur. Sonsuzluq- İkitərəfli kriptorxizmli pasiyentlərin 70%-də sonsuzluq halına rast gəlinir.

Kriptorxizm bəzən anadangəlmə yırtıqlarla müşaiyət olunur, bir sıra həyat üçün təhlükəli olan ağırlaşmalar olur.

Kriptoxrizmin hipospadiya ilə birgə baş verməsi (sidik kanalının çıxış deşiyinin tənasül üzvünün aşağı səthində yerləşməsi) böyrəküstü təbəqələrin funksiyalarının artması simptomudur. Buna görə də kriptoxrizmdən əziyyət çəkən uşaqlar uroloq müayinəsindən keçməlidirlər və lazım olan müalicəni almalıdırlar.

Dartılmış xaya

Dartılmış xaya - müəyyən əzələlərin gərilməsi nəticəsində, xaya müvəqqəti olaraq qasıq kanalına dartılır. Digər vaxtlarda xaya kisəcikdə olur.

Dartılmış xaya halını aşağıdakı faktlar bildirirlər: isti vannada olarkən xayalar kisəciyə düşürlər, xayalar mütəmadi olaraq kisəcikdə müşahidə olunurlar, həkim – uroloq xayanı kisəciyə sala bilər, kisəcik yaxşı inkişaf etmişdir.

Tanınma

Kriptoxrizmin diaqnostikasının əsas anı uşaq uroloqunun və ya pediatrın xəstəyə baxış keçirməsidir. Kriptoxrizmi xayaların anadangəlmə olmamasından fərqləndirmək üçün qarın boşluğu və kiçik taz üzvlərinin maqnit-rezonans tomoqrafiyası və ya kompyuter tomoqrafiyası aparılır.

Əgər xaya qasıq kanalında müəyyən olunmazsa, laparaskopiya aparılır – qarın boşluğu daxilinə endovideocərrahiyyə texnikası (kiçik deşikdən daxil olunur) vasitəsilə baxılır.

Müalicə

Kriptorxizmin müalicəsinin konservativ üsullarında hormonal terapiyadan istifadə olunur. Bu məqsədlə xorionik qonadotropindən (XQT) istifadə olunur. Onun venadaxili yeridilməsi xayaların düşməsini stimullaşdıra bilər. Bu məqsədlə qonadotropin-rilizinq hormondan da (QRH) istifadə olunur. Bəzən kriptorxizmdə təcili olaraq cərrahiyyə müalicəsinə üstünlük verilir, xüsusən də xaya qarın boşluğunda olarkən.

Əməliyyat ümumi ağrıkəsmə altında aparılır. Düşməmiş xaya olan qasıq kanalı yarılır. Toxum kanalı və qan damarlarını səliqəli şəkildə toxumalardan ayirırlar. Bundan sonra xayanı kisəciyə qoyaraq yerli toxumalarla bərkidirlər.


Tarix: 16.01.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 153 Bölmə: Urologiya