beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paranefrit

Bu böyrəyi əhatə edən piy toxumaların iltihab xəstəliyidir. Adətən ağır irinli pielonefrit prosesinə müdaxilə edən böyrək kapsulunun fibrozlu iltihabına paranefrit deyilir. Paranefrit stafilokokk, bağırsaq çöpü və digər mikroorqanizmlərlə törədilir.

Birincili və ikincili paranefritləri fərqləndirirlər. Birincili paranefrit böyrək xəstəliyi olmadan paranefral hüceyrələrin hematogen yol ilə orqanizmin ayrı-ayrı irin iltihabı ocaqlarından infeksiyalanması nəticəsində əmələ gəlir (Panarisiya, furunkul, ostemielit, pulpit, angina və s.). Onun inkişafına qurşaq nahiyəsinin zədələnməsi, soyuqdəymə və digər ekzogen faktorlar səbəb olurlar.

İkincili paranefrit böyrəkdə irinli-iltihab prosesinin ağırlaşması kimi baş verir: bəzi hallarda birbaşa böyrəyin iltihab ocağından (böyrək çibanı, böyrək absesi, pionefroz) paranefral hüceyrələrə, digər hallarda isə, pielonefritdə - limfatik və qan (hematogen) yolları ilə. Infeksiya paranefral hüceyrələrə, həmçinin, qonşu üzvlərdəki iltihab ocaqlarından (parakolit, retriperitonit, parametrit, parasistit, appendisit, böyrək absesi, plevrit, ağ ciyər absesi və s.) keçə bilər.

İkincili paranefritə halların 80%-də rast gəlinir.

Paranefral hüceyrədə irin-iltihab ocağının lokallaşmasından asılı olaraq ön, arxa, yuxarı, aşağı və total paranefritləri fərqləndirirlər. Böyrəyin arxa divarının piy hüceyrələrinin güclü inkişafı nəticəsində daha çox arxa paranefrit müşahidə olunur. Paranefrit çox vaxt soltərəfli olur. İkitərəfli paranefritə nadir hallarda rast gəlinir.

Simptomlar və gedişat

İltihab prosesinin xarakterinə görə kəskin və xroniki paranefriti fərqləndirirlər. Kəskin paranefrit əvvəlcə ekssudativ iltihab mərhələsinə keçir, sonra inkişaf əks istiqamətdə gedir və ya irinli pilləyə keçə bilir. Əgər paranefral hüceyrədə irinli proses yayaılmağa meylli olarsa, adətən fassiyalararası pərdələr əriyirlər və irin qurşaq nahiyəsinin zəif yerlərinə doğru irəliləyir.

Prosesin davamında irin paranefral hüceyrədən kənara çıxır və qarın hüceyrələri fleqmonunu yaradır. Birləşdirici toxumanın irinli iltihabı – fleqmona bağısağa, qarın və ya plevral boşluğa, sidik kisəsinə və ya qasıq nahiyəsinin dərisi altına, bel əzələləri ilə yayılaraq bağlayıcı keçidlərlə budun daxilinə keçə bilər. Lakin belə nəticə yalnız tanınılmayan paranefritdə ola bilər. Son zamanlar antibiotiklərin geniş tətbiqi nəticəsində paranefritə az-az rast gəlinir.

Kəskin paranefritin ilk mərhələsində xəstəlik xarakterik simptomlara malik olmur və bədən hərarətinin 39-40 C-yə yüksəlməsi, üşütmə, narahatlıq hissi ilə başlayır. Yalnız 3-4 və daha çox gündən sonra bel nahiyəsində müxtəlif intensivlikdə lokal ağrı əlamətləri olur, uygun tərəfin sümük vertebral küncünə əllə yüngülcə toxunduqda ağrılar olur, xəstəlik olan tərəfdə böyrək nahiyəsinə əllə toxunduqda bel əzələlərinin müdafiə yığılması baş verir.

Bir qədər sonra bel əzələlərinin müdafiə yığılmasına görə onurğa sütunun bel şöbəsinin skoliozu müəyyənləşdirilir, budun qarına yaxınlaşdırılması və əyildikdə prosesə bel əzələlərinin müdaxiləsi nəticəsində kəskin ağrılar, dərinin pastozlu və bel nahiyəsinin şişməsi, yerli hiperemiya, bel nahiyəsinin xəstəlik tərəfindən götürülən qanda yüksək leykositoz olması belə xəstələr üçün xarakterikdir. Punksiya yolu ilə paranefral hüceyrədən götürülmüş irin irinli paranefritin təsdiqi üçün tutarlı sübutdur, lakin araşdırmanın mənfi nəticəsi hələ onun olmadığı demək deyil.

Xroniki paranefrit çox vaxt tez-tez kəskinləşən xroniki kalkuyoz pielonefritin ağırlaşması və kəskin paranefritin nəticəsi kimi baş verir. O çox vaxt böyrəkdə aparılan əməliyyatdan (sidik paranefral hüceyrəyə düşür), böyrəyin urohematoma nəticəsində xəsarət almasından sonar baş verir. Xroniki paranefrit paranefral hüceyrələrin birləşdirici toxumalarla əvəz olunması məhsuldar iltihabı ("dəbilqəli" paranefrit) və ya fibroz-lipomatoz toxuması formasında keçir. Böyrək adətən infiltrata bürünmüş olur, bu örtük qalınlaşmış taxta bərkliyində olur və əməliyyat zamanı onu soyundurmaq üçün kəsici alətdən istifadə olunur.

Diaqnoz

Kəskin paranefritin tanınmasında rentgen araşdırma üsullarının rolu böyükdür. Ekskretor uroqrafiya (nəfəs alarkən və verərkən) zədələnmiş böyrəyin hərəkətliliyinin olmamasının və ya məhdud olmasının sağlam böyrəyə nisbətən müqayisəsi nəticəsində araşdırmağa imkan verir. Kəskin irinli paranefritdə ultrasəs skanerləmə yağ hüceyrələrinin irin ocaqlarının tapılmasını dəqiqliklə yerinə yetirir, xroniki paranefritdə isə onun mürəkkəb tərkibli exostrukturunu müəyyənləşdirir. Xroniki paranefrotin diaqnostikası xeyli çətindir.

Müalicə

Kəskin paranefritin ilk mərhələsində antibakterial terapiyanın tətbiqi cərrahiyyə əməliyyatı olmadan bir çox xəstələrin sağalmasına imkan verir.

Antibakterial müalicədən əlavə orqanizmin immun reaktivliyin yüksəldən terapiya aparılır. İrinli paranefritdə əməliyyatlı müalicə göstərişdir.

Xroniki paranefritdə müalicəni kəskin paranefritdə istifadə olunan antibakterial preparatlarla aparırlar, əlavə olaraq fizioterapevtik üsullar, həmçinin, stimullaşdırıcı və sorucu terapiya tətbiq olunur.

Kəskin paranefritdə proqnoz, adətən, müsbətdir. Xroniki paranefrit çox vaxt uzunmüddətli, ikincili paranefritin ağırlaşması olduğundan, onun proqnozu əsas xəstəliyin gedişatı xarakteri ilə müəyyən olunur.


Tarix: 16.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 156 Bölmə: Urologiya