beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostatit

Prostatit – prostat vəzinin iltihabıdır. Kəskin prostatit az hallarda olur, lakin xroniki prostatitdən 20-50 yaşlı kişilərin 30 faizi əziyyət çəkir. Bu kişilər arasında ən çox yayılmış uroloji xəstəlikdir. İltihab səbəblərinə görə prostatitləri iki qrupa bölünürlər. Müxtəlif göbələk xəstəlikləri, virus və bakteriyalardan əmələ gələn infeksion prostatitlər birinci qrupa aiddirlər.

Prostat vəzinin ifrazatının və qanın bu üzvdə durğunluğundan yaranan durğun (konqestiv) prostatitlər ikinci qrupa aiddirlər. Bu simptomların inkişafı, məsələn, qeyri-müntəzəm cinsi həyat zamanı müşahidə olunur. Vena durğunluğu oturaq halda az hərəkətli işdə baş verə bilər (məsələn, avtonəqliyyat sürücülərində, zehni işçilərdə, dar paltar geyinənlərdə, alkoqolu həddən çox qəbul edənlərdə).

Bundan əlavə, prostatitin inkişafına meylliliyi artıran faktorlar bunlardırlar: orqanizmin müdafiə qücünün azalması, hormonal pozulmalar, sağalmayan infeksiya ocaqlarından prostat vəzinə keçərək iltihab proseslərini inkişaf etdirən mikroblar.

Alkoqol, siqaret, xroniki stress və əsəb gərginliyi zəminində tez-tez xəstələnən adamlarda immunitetin zəifləməsi nəticəsində prostatitin yaranması risqi böyükdür. Bu faktorlar infeksiyanın prostat vəzinə keçməsinin asanlaşmasına, kiçik taz üzvlərinin qanla təminatının pisləşməsinə, durğunluğun yaranmasına gətirir ki. bu da mikroorqanizmlərin artmasına və iltihab prosesinin inkişafına səbəb olur.

Simptomlar və müalicə

Prostatit daha çox xroniki inkişafda olur – xüsusi narahatylıq yaratmadan uzun illər boyu. Bədənin hərarəti 37 dərəcəyə qədər arta, dövri ağrılar yarana, defekasiyada və ya cidikburaxmada xoşagəlməz hissiyatlar ola bilər, bundan sonra azacıq sidiyəgetmə isə xroniki prostatitə xas olan əsas əlamətlərdən biridir. Çox təəssüf ki, kişilərin əksəriyyəti bu simptomlara fikir vermirlər. Xroniki prostatitin təhlükəliliyi bundadır ki, onun sidik sistemi ilə yayılması sistit və pielonefritin inkişafına gətirə bilər. Bundan əlavə, vezikulit-toxum qabarcıqları və epididimoorxit-xaya və əlavələrin iltihabı, prostatitin ağırlaşmasına və nəticədə kişi sonsuzluğuna aparırlar. Bundan əlavə prostat vəzində baş verən iltihab prosesləri gələcəkdə prostatın adenomasının inkişafının və ya prostat xərçənginin səbəbi ola bilərlər.

Prostatitlə xəstələnmədən bir qədər sonra kişilərdə ereksiya problemləri başlayırlar. Bu onunla əlaqədardır ki, prostat vəzindən keçən və erektil funksiyaya cavabdeh olan sinirlər iltihab prosesinə cəlb olunurlar. Kəskin prostatit tutması xəstəni uroloqa getməyə məcbur edir. Bu prosesin başlanmasını istilik, qızdırma, hərarətin 38-39 dərəcəyə qalxması, qasıqda, anus ətrafında kəskin ağrılar, ağrılı sidikburaxma və defekasiya.

Diaqnoz

Deməli, əgər yuxarıda sadalanan əlamətlərdən heç olmasa biri sizdə varsa dərhal uroloqa və ya androloqa müraciət edin. Həkim ilkin müayinədə sizə cinsiyyət infeksiyalarına görə analiz, kiçik taz üzvlərinin və prostat vəzinin USM-ni tövsiyə edəcək və prostatın rektal müayinəsini aparacaq. Bundan qorxmaq lazım deyil: təcrübəli həkim bunu ağrısız edir. Bu müayinə çox informativdir və o xəstəliyin hansı həddə olmasını “prostatit” diaqnozunu dəqiqləşdirməyə imkan verir. Vəzi yoxlamaqla(anus dəliyindən), həkim onunla nə baş verdiyindən əlavə ifrazat nümunəsini də götürür. Müalicədən qabaq laboratoriyada prostat vəzi ifrazatını bakterioloji üsulla əkirlər ki, orqanizmin mikroflorasının müxtəlif antibakterial preparatlara reaksiyasını təyin etsinlər. Bunsuz müalicə effektiv ola bilməz və nəinki xəstəlikdən xilas olmağa, hətta onun daha ağır formalara keçməsinə səbəb ola bilər.

Müalicə və profilaktika

Prostatın dərmanla müalicəsi prostatın masajı ilə tamamlanır və bu durğunluq halını aradan qaldırır, qan dövranını yaxşılaşdırır, vəz ifrazatını qoruyur.

Təəssüf ki, müasir tibb hələ ki, prostatiti tam müalicə edə bilmir. Həkim xəstəliyi remissiya (2-3 il simptomların olmaması) halına çatdıra bilər. Sonra isə müalicəni təkrarlamaq lazımdır.

Həmişə naxoşluğu qabaqlamaq, onu müalicə etməkdən daha asandır. Ona görə də sizi prostatitin “gözəlliklərindən” qoruyan profilaktik qaydalara əməl etməyə çalışın. Modadan uzaq olun, dar çimərlik paltarı geyməyin. Geniş pambıq parçadan hazırlanmış alt paltarları daha gigiyenikdirlər və prostatda qan dövranına maneçilik törətmirlər. Bundan əlavə, soyuqdan qorunun, aktiv hərəkətdə olun və əgər requlyar cinsi əlaqə mümkün deyilsə, masturbasiya ilə məşğul olun – bəzi həkimlərin fikrincə bu həm orqanizmin təmizlənməsi və özünə massaj, həm də prostatitin profilaktikasıdır.


Tarix: 16.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 273 Bölmə: Urologiya