beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavernit

Kavernit – tənasül üzvü boşluğu cismlərinin iltihabıdır. Kavernit aşağıdakı səbəblər nəticəsində inkişaf edə bilər:

- tənasül üzvünün kavernoz cisimlərindən birinin cırılması ilə bağlı zədələnməsi;
- kəskin uretrit;
- hər-hansı irinli-iltihabi xəstəlik (angina, osteomielit).

Kavernitdə boşluq cisimlərindən birində iltihabi infiltrat əmələ gəlir.

Simptomlar və gedişat

Xəstəlik qəfildən, kəskin başlayır. Tənasül üzvündə ağrı başlayır və bu kəskin xarakter alır. Tənasül üzvü böyüyür, dərisi qızarır, şişir. Seksual ehtirasla bağlı olmayan ereksiya baş verə bilər. Eyni zamanda xəstədə iltihab xəstəliyinin ümumi simptomları baş verə bilər – baş ağrısı, üşütmə, zəiflik, hərarətin yüksəlməsi.

Əgər heç bir müalicə tədbirləri görülməzsə, kavernoz cisimdə əmələ gələn infiltrat irinləyə bilər. Bu halda kavernoz cismin absesi əmələ gəlir və o tezliklə sidik kanalına keçir. Nəticədə absesin yerində bölünmüş toxuma şaxələri əmələ gəlir, ereksiya zamanı tənasül üzvünün əyilməsi baş verir və bu hətta ümumiyyətlə cinsi aktı mümkünsüz edə bilər.

Müalicə

Yuxarıda göstərilən ağırlaşma təhlükələrini nəzərə alaqraq müalicəni mütləq xəstəxanada aparılması labüddüur. Terapiya kursunda birinci növbədə kavernitin inkişafına gətirən xəstəlik müalicə olunur və antibakterial terapiya təyin edilir. Əlavə olaraq sorucu qabiliyyətə malik olan preparatlardan istifadə olunur. İltihabın kəskin fazası keçdikdə yerli isti və fizioterapevtik prosedurlardan istifadə olunur. Əgər kavernoz cismin absesi inkişaf edərsə onu yararaq təmizləyirlər.

Xroniki kavernit

Xroniki kavernit xroniki uretritin ağırlaşması və ya kifayət qədər düzgün olmayan kəskin kavernitin müalicəsinin nəticəsi ola bilər. Xəstəlik özünü tənasül üzvündə ağrılarla, ağrılı ereksiya və ya erektil disfunksiya ilə, tənasül üzvündə ağrılı bərkimiş hissələr olması ilə biruzə verir. Xroniki kavernitin müalicəsi prinsipcə kəskin halda olduğu kimidir, ambulator şəraitində aparılır, yerli terapevtik tədbirlərə üstünlük verilir.

Profilaktika

Uretritin və ya kavernitin inkişafı ilə ağırlaşa bilən digər xəstəliyin müalicəsinə əsaslanır. Tənasül üzvü zədələnməsində hökmən antibakterial terapiya kursu aparılmalıdır, kəskin angina, pnevmoniya və digər iltihabi xəstəliklərdə isə orqanizmə diqqət yetirərək azacıq belə şübhə olduqda uroloqa müraciət etmək lazımdır.


Tarix: 16.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Urologiya