beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varikosele

Varikosele - toxum kanalcığının və xaya damarlarının varikoz genişlənməsidir.
"Varikosele" adı iki söz birləşməsindən əmələ gəlir: latın sözü varix - "vena düyünü" və yunan sözü sele – köpmə, şiş, birlikdə isə "vena düyünlərinin şişməsi".
Bu ən çox yayılmış xəstəliklərdən biridir və kişilərin 10-15 faizində olur.
Sonsuz kişilərin 40 faizində varikoseleyə rast gəlinir. Əvvəllər qadınları hamilə etmək qabiliyyəti olan, hal-hazırda bunu itirən ikincili sonsuz kişilər qrupunda varikosele xəstələri 80 faiz təşkil edir.

Simptomlar və gedişat

Ayaq damarlarının varikoz genişlənməsində olduğu kimi bu xəstəlikdə də xayadamarları ötürücülərinin funksiyasının pozulması əks qan cərəyanına gətirir ki, bu da damar divarlarının genişlənməsinə və xəstəliyin inkişafına aparır. Bir çox hallarda varikosele cinsi yetkinlik dövründə başlayır və bu cür problemlərə genetik meyllilikdə daha çox inkişaf edir. Demək olar ki, həmişə varikosele xəstəsinin qohumlarından birində damarların varikoz genişlənməsi, yastıdabanlılıq, ürək qapaqlarının nasazlığı və s.

Bir sıra faktorlar da var ki, xəstəliyin səbəbi olmasalar da inkişafına təsir göstərirlər – xroniki qəbzliklər və ya diareya, ağırlıqqaldırma, qarın əzələlərinin dartılması və s. öz - özlüyündə toxum kanalcığı damarının varikoz genişlənməsi böyük problem , pasiyentin həyatı üçün təhlükəli deyil və heç bir narahatlıq çəkmədən ömür boyu onunla yaşamaq olar. Problem burasındadır ki, xəstəliyin ağırlaşması kişi sonsuzluğuna aparır.

Qan kisəciyin damarları ilə, xayadan və əhatə edən toxumalardan ürəyə doğru gedir. Bu halda qan ağırlıq qüvvəsinin əksinə aşağıdan yuxarı axır. Normal halda damar divarları qapaqları sistemi qanın əks istiqamətdə axmasına mane olur. Damarlar genişlənərkən bu qapaqlar işləmirlər və qan damarda “yelləncəkvari hərəkətlər” edir. Nəticədə bütövlükdə yumurtanın qanla təmin olunması prosesi pozulur. Xayanın ətrafında damar şəbəkəsi böyüməkdə davam edir və sonda xaya damar toru ilə tam əhatə olunur. Xayanın ətrafında damarlardan ibarət “qanlı yastığın” olması onu soyumağa qoymur. Spermatozoidlərin əmələ gəlməsi üçün 32,5 və 34,5 C arasında aşağı hərarət lazımdır, deməli, varikosele zamanı spermatozoidlərin yaranma prosesi dayanır. Məhz buna görə varikosele kişi sonşuzluğunun əsas faktorlarından biridir.

Bundan əlavə xaya toxumalarının xüsusiyyətlərinə görə varikosele zamanı aseptik avtoimmun iltihabı baş verə bilər. Kişi orqanizmi immuniteti əla halda olduqda bu özünü daha qabarıq göstərir.

Tanınma

Çox vaxt diaqnoz təsadüfən, hər-hansı tibbi müayinə aparılanda qoyulur, lakin əgər siz özünüzdə varikosele olması barədə azacıq da olsa şübhələnirsinizsə tezliklə həkim-uroloqa müraciət edin.

Varikoselenin diaqnozu çətinlik törətmir. Adətən varikosele soltərəfli olur, az hallarda varikosele ikitərəfli və nadir hallarda sağtərəfli olur. Bu sağdan və soldan xayadamarlarının quruluşu ilə bağlıdır. Bəzən xəstəlik xaya nayihəsində ağrılarla özünü göstərir. Bu qanın toxunmuş damar divarlarına təzyiqi nəticəsində baş verir. Ağrılar, adətən, o qədər də güclü deyil, uzucu olurlar.

Əgər damarların böyüməsi çoxdursa diaqnoz qoymaq üçün əlavə müayinəyə ehtiyac yoxdur. Əks halda kisəciyin doppleroqrafiyası və çarpaz keçmə üsullarından istifadə olunur.

Müalicə

Varikoselenin müalicəsi üçün yalnız cərrahiyyə üsullarından istifadə edirlər və heç bir dərman terapiyası bu halda kömək etmir. Lakin həkim cərrahiyyə əməliyyatı qərarını çıxarmağı xəstəyə həvalə edir. Seksual aktivliyə bu xəstəlik təsir etmir və xüsusən də ailə həyatı qurmaq istəyən gənc kişilər üçün bu əməliyyat vacibdir. Əgər kişinin nəsil artırmaq fikri yoxdursa, onun cərrahiyyə əməliyyatına ehtiyacı yoxdur. çünki bu əməliyyatı keçirən kişilərin 5-7 faizində xayanın hidrosele xəstəliyi inkişaf edə bilər.


Tarix: 16.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 262 Bölmə: Urologiya