beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək daşlarının bilmədiyimiz tərəfləri

Böyrəyimdə daş var. Bu sözləri gündəlik həyatda hər gün eşitmək artıq adi bir hala çevrilib. Təkcə ABŞ-da hər il 10 milyon insan böyrək daşı diaqnozu ilə müalicə alır. Bəs necə olur ki, böyrəkdə daş yaranır, onun sağlamlığımıza nə kimi mənfi təsirləri ola bilər?
Daş böyrəkdə sidiyin tərkibində olan mineralların çöküntüsü nəticəsində əmələ gəlir. Qandan böyrəyə keçen toksinlər böyrəkdə mayeni xaric edir və bu zaman mineral çoküntüləri daşlaşmağa başlayırlar nəticədə böyrəkdə daşlar əmələ gəlir.
Böyrəkdə daşın olmasını necə bilmək olar?
Əsasən bu zaman ilk əlamət qasıq nahiyəsindəki ağrılarla özünü göstərir. Bu ağrıların şiddəti daşın ölçüsündən asılı olaraq dəyişə bilər.
Sidikdə qan olması bu xəstəliyin əlamətidi.
Böyrəkdə daş olmasının nə kimi zərərləri var?
Bəzi hallarda daşın öz-özünə düşmə ehtimalı var amma əsasən mütləq müalicə olunmaq məsləhət görülür. Böyrək kanalcıqlarının ölçüsü 1mm-ə yaxın olduğu üçün bəzi hallarda daşın ölçüsü böyük olur və daş sidik kanalının yolunu qapayır. Bu isə hətta böyrəyin sıradan çımasına gətirib çıxara bilər.


Tarix: 16.01.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Urologiya