beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl dişlər üçün 10 qayda

Bir ömür boyu sağlam dişlərə sahib olmaq hamının arzusudur. Lakin ağ dişlərə sahib olmaq tək fırçalamaqla bitmir. Diş sağlamlığı üçün qidalanmaqdan tutmuş, həkim müayinəsinə kimi hər şey böyük önəm daşıyır. Sağlam dişlər üçün aşağıda göstərilən qaydalar da fikir vermək lazımdır:
1. Kalsium və C vitamini ilə zəngin məhsullarla qidalanmaq. Məsələn, süd, pendir, qatıq kalsiumla boldur. Portağal, qovun, brokoli,ispanaq kimi meyvə tərəvəz isə C vitamini qaynağıdır.
2. 6 aydan bir mütləq diş müayinəsi etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq lazımdır. Sağlam diş və ağız boşluğuna sahib olmaq üçün bu əsas şərtlərdən biridir.
3.Dişlərə qulluqda fırca və məcun kifayət deyil. Onlarla yanaşı diş sapı, qarqaralardan da istifadə edilməlidir.
4. Bu işdə fırça seçimi də önəmlidir. Fırça orta sərtlikdə olmalı və 3 aydan bir dəyişdirilməlidir. Keyfiyyətli fırçadan istifadə etməyinizə baxmayaraq 1 aydan sonra xarab olursa, demək siz ondan düzgün istifadə etmirsiz. Sərt çəkildə fırçalama dişlərin mina qatı üçün ziyanlıdır.
5. Dişləri fırçalamaq şəkli və zamanı önəmlidir. Fırça dişlərə 45 dərəcəlik bucaq altında yerləşdirilməli, yuvarlaq şəkildə çox sərt olmamaq şərti ilə sürtülməlidir.
6. Yaşın artması dişlərin qocalması mənasına gəlmir. Saralmış və çürümüş dişlər yaşlanmağın deyil, qulluq edilməməyin nəticəsidir. Dişlərə yaxşı qulluq edərək irəliləyən yaşlarda öz dişlərinizi qoruyub saxlaya və yaşıdlarınızdan bir addım önə çıxa bilərsiniz.
7. Diş məcunundan çox istifadə aşınmaya səbəb ola bilər. Hər dəfə fırçalama zamanı noxud boyda məcundan istifadə yetərlidir.
8. Xüsusilə ortodontik müalicədən yararlananlar dişləri ilə bağlı daha həssas olmalıdırlar. 20 yaşı olanlar dişlər və ağız boşluğu ilə bağlı problemlərlə əlaqədar mütləq həkimlə məsləhətləşməlidirlər.
9. Uşaqlarda ilk ortodontik müayinə 7 yaşdan sonra olmalıdır. Erkən yaşda olan müayinə dişlər daimi olmadığı üçün effektiv olmaya bilər.
10. Ağız və diş sağlamlığı uşaq yaşda olmalıdır. Əgər diş əti, dişlər, çənə sümüyündə və sairə ağızla bağlı hər hansı anormallıq müşahidə etsəniz vaxt itirmədən həkimə müraciət edin.


Tarix: 19.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Stomatologiya