beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan vermənin orqanizmə nə kimi xeyri var

Qan verən insanın bilməsi vacib olan şərtlər vardır. Qan verən insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Hər dəfə qan verildikdə qan analizi edilir.
Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşagı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir. Qəza nəticəsində yaralanan birinin, müxtəlif xastəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtmasıyla sizə verdiyi mənəvi rahatlıq isə ölçüsüzdür.

Kimlər qan verə bilər?

18 - 65 yaşları arasında olan hər sağlam insan qan verə bilər. Qan vermə müddəti kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Çəkisi 50 kq-dan çox olan hər kəs qan verə bilər. Verilən qan standart olaraq 450 mL'dir. İnsan orqanizmində ümumi 5000-6000 mL qan olduğunu nəzərə alsaq, bu miqdar, ümumi qan həcminin sadəcə 7,5 - 9 % qədərdir. Hüceyrələrin yenilənməsi isə, 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyan əksinə bir çox xeyirli tərəfləri var.
Anemiya: qan azlığı, əlbətdəki bu insanlar donor ola bilməzlər. Anemiya qan testləri vasitəsiylə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemoglobinin dəyərləndirilməsidir.
Dərman qəbulu: qəbul etdiyimiz dərmanlar qana keçir. Bəzi dərmanları qəbul etdiyimiz müddətdə qan vermək olmaz. Qan vermədən öncə vacib olmadığı halda derman qəbul etməyin. Qan təzyiqi 180 mmHg'yı keçməməlidir.

Kimlər qan verə bilməz?

Hepatit B-heç bir zaman qan verə bilməzlər.
Hepatit C-heç bir zaman qan verə bilməzlər.
AIDS-heç bir zaman qan verə bilməzlər.
Maleriya - müalicə olunandan 3 il sonra qan verə bilərlər.
Vərəm-müalicə olunandan 5 il sonra qan verə bilərlər.
Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sonlandırılmasından 6 həftə sonra qan verə bilərlər.
Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər. Bronxit-xroniki xəstələr qan verə bilməz.
Epilepsi xəstələri qan verə bilməzlər.
Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz.
Tüberküloz -müalicə olunandan 5 il sonra qan verə bilərlər.
Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.
Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.
Allergiya - astma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər.
Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər,


Tarix: 08.01.2015 / 15:45 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Saglamliq