Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərəkətsizliyin zərərləri

Mütəxəssislər bildirirlər ki, bədəni hərəkət etdirmək olduqca vacibdir.
Çünki, passiv həyat tərzi insan yaşamında və sağlamlığında müxtəlif problemlər yaradır.

Türkiyəli fizyoterapist Murat Dalkılınçın sözlərinə görə uşaqlıq dövründə başlayan hərəkətsizlik bədən inkişafına təsir göstərərək irəliləyən yaşlarda qalıcı ola bilər.
Aktiv həyat tərzi keçirməyənlərdə hərəkətləri təmin edən əzələlər yorulur, oynaqlar zorlandığından sinir sistemi təsir altında qalır.
Bunun üçün məşq və s. prosedurlardan əlavə doğru hərəkət qaydalarını bilmək lazımdır.

Yetkin insanların gecə ərzində 6 saatdan artıq arxası üstə hərəkətsiz yatması nəticəsində kürək əzələləri gücünü itirir, kürək və bel ağrıları əmələ gəlir.
Uzun müddət hərəkətsiz qalmaq 50 və 60 yaşına çatmış insanlarda ateroskleroza (damar sərtliyinə), damarlara yağ toplanmasına, osteoxondroza, şəkər xəstəliyinə və qan şəkəri azlığına yol açır.


Tarix: 08.01.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq
loading...