beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər 1 kq artıq çəki oynaqlar üçün 4 kq artıq çəki deməkdir

Sağlamlığımızın ən böyük düşmənlərindən biri olan artıq çəki eyni zamanda oynaqlarımızın da ən böyük düşmənidir.
Sağlamlığımızın ən böyük düşmənlərindən biri olan artıq çəki eyni zamanda oynaqlarımızın da ən böyük düşmənidir.
Buna səbəb isə hər artıq 1 kiloqram çəkinin oynaqlar üçün 4 kiloqram artıq çəkiyə bərabər olmasıdır.
Bu isə, ilk növbədə, oynaqlarda kirəclənmənin meydana çıxması və ya sürətlənməsi deməkdir.
Digər tərəfdən, artıq çəki diz problemi olan xəstələrin də şikayətlərinin artmasında əsas səbəbələrdən biridir.
Əgər bunu başqa cür ifadə etmiş olsaq, hər oturub qalxdıqda diz oynaqlarına ümumi çəkimizin təqribən 3 qatı qədər yük düşür.
Yeriyərkən bu yük təqribən çəkimizin 5-6 qatına çıxır. Qaçarkən isə bu rəqəm, təbii olaraq, bir neçə dəfə də artır.
Bir sözlə, orqanizmimizdəki hər 1 kiloqram artıq çəki oynaqlarımız üçün (yerindən asılı olaraq) 3-6 dəfə artıq çəkiyə çevrilir.


Tarix: 08.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Saglamliq