Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pişik allergiyası olanlar diqqət!

Məlumata görə pişiklərin səbəb olduğu allergik reaksiyaların qarşısını tez almaq olur. Cambridge Universitetindən bir qrup elm adamı immunitet sistemini pişik allergiyası ilə müqayisə etdiklərini bildiriblər. Burada ilk növbədə öskürmə, asqırma və s. hallarda immunitet sisteminin bu prosesləri necə qəbul etdiyi müşahidə edilib.
Daha sonra əldə olunan yeni müalicə üsulları ilə pişiklərin səbəb olduğu simptomların qarşısının alınması istiqamətində işlər görülüb.
Məlumatda oda bildirilir ki, Cambridge Universitetində Dr Clare Bryant liderliyindəki araşdırma qrupu pişiklərin dərisində allergik xəstəliklərə səbəb olan zülal cinsi müəyyən ediblər. Allergiyaya səbəb olan bu maddə bədəndəki bəzi bakterial tullantıların olduğu bölgəyə siqnallar göndərir.
İmmunitet sistemi bu xəbərdarlığa öskürmə, asqırma, burun axıntısı və xırıltılı tənəffüs ilə cavab verir.
Bryantın sözlərində aydın olur ki, qıcıqlandırıcı mexanizmi bilmək, pişik allergiyası və qan zəhərlənməsi kimi bəzi klinik hadisələri önləməyə səbəb olacaq.
Pişik allergiyasına səbəb olan 'yapışqan' molekullar, bəzilərinin paltarlarında, evlərinin divarlarında uzun müddət qalan əşyalar da pişik allergiyası kimi təsirlər göstərir.


Tarix: 08.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Saglamliq
loading...