beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaksinasiya olaq, yoxsa olmayaq?

Tibb işçiləri məsələni müxtəlif şəkildə şərh edirlər.

Donuz qripinə qarşı vaksinasiya mübahisəyə səbəb olub. Tibbçilərin bir qrupu əhalini vaksinasiyaya çağırır, digər qrupu isə bununla razılaşmır və əhalini ehtiyatlı olmağa səsləyir.

Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev hamilə qadınları, xərçəng və xroniki xəstəlik keçirmiş insanları vaksinasiyadan uzaq durmağı məsləhət görür.

Respublika Taun əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyir ki, immun sistemi zəif olan insanlar peyvənd olunmalıdır. Xususən də xroniki xəstəliklərə düçar olanlar. Onlar üçün peyvənd olunmamaq daha qorxuludur.

Hamilələrə gəldikdə isə bunu hamısına şamil etmək olmaz. Hamilə qadınlar hamiləliyin yalnız 3-cü ayından sonra vaksinasiyadan keçə bilər. Əks halda təhlükəli ola bilər.

Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev isə deyir ki, hamilə qadınlar vaksinlərdən istifadə edərsə bu əks göstərici ilə də nəticələnə bilər.

Baş infeksionist onu da bildirir ki, bəzi vaksinlər kimi donuz qripinə qarşı vurulanların də əks-təsiri ola bilər. Çünki insan orqanizmi istənilən maddəyə fərqli şəkildə reaksiya verir. Bununla belə vaksinin hansı şəxslərə vurulub-vurulmamasını istehsalçı firma özü bildirir. Ancaq seçim yenə əhalinin öz üzərinə düşür. Çünki vaksinasiya könüllü aparılır.


Tarix: 08.01.2015 / 15:13 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Saglamliq