beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fibromialgiya sindromu və simptomları

Bu sindrom zamanı fibroz toxumada, əzələlərdə və s. yerlərdə xroniki ağrılar olur. Bədəndə 18 həssas nöqtədə olan ağrılardan şikayət edən insanlar həm də kimyəvi maddələrə qarşı həssas olurlar. Daha çox qadınlarda bu sindromun olduğu bildirilir.
Onuda qeyd etmək lazımdır ki, həmin sindromda xəstələrin çoxu yorğunluqdan və depressiya hallarından şikayətlənir. Əgər insanda kimyəvi maddələrə qarşı həssaslıq, müxtəlif ağrılar, bağırsaq problemləri, yorğunluq, yuxu pozğunluqları, depressiya halları və çənə arası oynaq problemləri olursa, bu fibromialgiya sindromundan xəbər verir.
Ağrılar
Müxtəlif xarakterlərdən aslı olaraq bildirilir ki, ağrılar bir nöqtədən başlayır və bütün bədənə yayılır. Həmin ağrılar daha çox boyunda, kürək sümüklərinin arasında, beldə, baldırda və kürək nahiyəsində daha çox görülür. Ağrıların şiddəti gün ərzində olan fiziki fəaliyyətlərə, yuxu vəziyyətinə və stressə görə dəyişir. Fibromialgiya sindromu olan xəstələrin 50%-də migren və təzyiq tipli baş ağrıları görülür.
Yorğunluq
Xəstələr ümumiyyətlə əqli və fiziki yorğunluqdan şikayət edirlər. Buda onlarda fibromyalji sindroma səbəb olur. Həmçinin böyük ölçüdə xəstənin gündəlik fəaliyyətini məhdudlaşdırmağa təsir göstərir.
Yuxu Pozğunluqları
Fibromialgiya sindromunda xəstələr əsla yaxşı yuxu yatmırlar. Yatdıqları halda belə ortaya çıxan zehni fəaliyyətlər üzündən sağlam və keyfiyyətli bir yuxu ala bilmirlər. Xəstələr oyandıqlarında sanki yuxu müddətində ağır bir iş görmüş kimi yorğunluq hiss edirlər. Bütün bunlar həmin sindromun simptomları hesab olunur.
Bağırsaq Problemləri
Ürək bulanması, ishal, qəbizlik, qarın ağrısı və qaz çıxartmaq fibromialgiyalı xəstələrdə tez-tez görülən əlamətlərdir.
Çənəarası oynaq problemləri
Alt və üst çənə arasında iştirak edən sahədə funksiya pozuqluğu fibromialgiya sindromunun olmasından xəbər verir. Buna bağlı olaraq üz və kəllə bölgəsində şiddətli ağrılar olur.
Onuda qeyd etmək lazımdır ki, fibromialgiyalı xəstələr müxtəlif dərmanlara həssas olurlar. Eyni zamanda spesifik qidalara, parlaq işığa, səs-küyə və ağır qoxulara reaksiyaları olur.


Tarix: 08.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Saglamliq