beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluq insan ömrünü qısaldır

Amerika alimləri müəyyən etmişlər ki, yuxusuzluq uzun illər düşünüldüyü qədər də zərərsiz deyildir. Yuxusuzluq sağlamlığa pis təsir göstərməklə yanaşı, ölümə də səbəb olur.
Pensilvaniya Tibb Kolleci (ABŞ) və Herşi Sağlamlıq Mərkəzi mütəxəssislərinin araşdırmaları göstərmişdir ki, yuxusuzluqdan əziyyət çəkən tədqiqat iştirakçılarında ölüm riski normal yatan iştirakçılara nisbətən 4,3 dəfə çox olmuşdur.
Maraqlı budur ki, həmin qanunauyğunluq qadınlara şamil olunmur. Zərif cinsin nümayəndələri yuxunun keyfiyyətindən asılı olmayaraq, vaxtsız ölüm riskinə məruz qalmırlar.


Tarix: 08.01.2015 / 14:22 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Saglamliq