Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səsimizi qorumaq üçün müxtəlif tövsiyələr

Mütəxəssislər bildirir ki, səs tellərinin qurunması, aşınmaya səbəb olur. Su, səs tellərini nəmli saxlayaraq əmələ gələcək zərərin qarşısını alır. Mütəxəssislər gündə 10 stəkan su içərək səs sağlamlığını qoruya biləcəyimizi söyləyir. Su içməyin gün ərzində faydalı olacağını ifadə edən mütəxəssislər, hər saatda bir stəkan su içilməsini məsləhət bilirlər.
"Science" jurnalının verdiyi məlumata görə, nizamlı şəkildə su içmək səs yoran davranışlardan da uzaq dayanmağa yardımçı olur. Normadan çox yüksək tonlarda səs çıxarmağa çalışmaq və çox danışmaq səsi yoran səbəblər arasındadır. Məsələn, futbol yarışına gedib həddindən artıq dərəcədə və uzun müddət qışqırmaq səs tellərində qanamaya səbəb olur.
Qışqırmaq səs telində polip əmələ gətirə bilər. Buna görə də, səsi boş yerə yüksək tona qaldırmaq lazım deyil. Uzun, davamlı danışıqlarda da səsin düzgün istifadəsinə nəzarət edilməsi məsləhət olunanlar arasındadır.
Ana-atalara da tövsiyə verən mütəxəssislər qışqırmağı vərdiş edənlərin də səs tellərində problem yarandığı bildirirlər. Uşaqlar dəcəllik etdiyinə görə, avazı çıxdığı qədər qışqırmağı vərdiş halına gətirən valideynlər də səs tellərində problemlə qarşılaşacaqlarını bilməlidirlər. Səsinizdə yaranan batıqlığın altında daha pis şeylərin də ola biləcəyinə işarə vurulur.

SPİRT VƏ SİQARET QIRTLAQ XƏRÇƏNGİ ÜÇÜN BÖYÜK FAKTORDUR

Mütəxəssislər qırtlaq xərçəngi əməliyyatlarının indi əvvəlki illərə nisbətən daha çox edildiyini söyləyirlər. Son vaxtlarda xəstəliyə tutulma daha erkən baş verir. Lazer tətbiqiylə səs batıqlığı problemi yaşayanlar müalicə olunur və eyni gün xəstəxanadan çıxa bilirlər. Bu mərhələlərə gəlməmək üçün siqaret və spirtli içkilərdən uzaq durmaq lazımdır. Qırtlaq xərçənginin bir nömrəli faktoru, siqaret və spirtli içki istifadəsidir.


Tarix: 08.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Saglamliq
loading...