beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam yaşlanmaq üçün 10 məsləhət

Sağlam və uzun ömürlü olmaq üçün gənc yaşlardan tədbir almaq lazımdır. Lazımi prosedurları gözləməklə balanslı qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejimə əməl etməklə də sağlam yaşlanmaq olar. Siqaret çəkmək, piylənmə və ya artıq çəkiyə sahib olma, stress və digər zərərli vərdişlər insanın erkən bir vaxtda yaşlanmasına səbəb olur. Bu baxımdan sağlam yaşlanmaq üçün aşağıdakı 10 məsləhəti oxuya bilərsiniz:

1. Sağlam həyat üçün ilk növbədə həyat tərzinin vacib elementlərindən hesab olunan tibbi müayinə (Check-up), müalicə və daimi nəzarət vacibdir. Beləcə xəstəlik əlamətləri vaxtında aşkar olunar və tez bir zamanda lazımi tədbirlər görülməklə aradan qaldırılar;
2. Normal çəkinizi qorumaq üçün yaşınıza uyğun fiziki fəaliyyətlə məşğul olmaq və doğru qidalanmaq lazımdır. Bu mövzuda doğru hərəkət etmək istəyənlər əvvəlcə bəzi nöqtələrə diqqət yetirməlidir:

• Alınan qidaların məzmun və nisbətləri fizioloji baxımdan düzgün olmalıdır;
• Alınan enerji miqdarına diqqət edilməlidir;
• Yemək payları gözlədilməməlidir;
• Zülal və karbonhidrat nisbətlərinə diqqət yetirilməlidir;
• Yağ qəbulunda olan məhdudiyyətlərə əhəmiyyət verilməlidir;
• Təzə meyvə və tərəvəz istifadəsi artırılmalıdır;
• Enerji qaynağı olaraq balanslı taxıl məhsulları istifadə edilməlidir;
• Çoxlu şəkər və şirniyyat istifadəsi azaldılmalıdır;
• Su və maye qida qəbuluna diqqət edilməlidir;
• Qidalar uyğun saxlanılmalıdır;
• Nizamlı məşq edilməlidir.

3. Daha az şəkər, duz və yağ istifadə istifadə edərək meyvə-tərəvəz ağırlıqlı qidalarla qidalana bilərsiniz. Gündəlik su və maye istifadəsi həm həzmin nizamlı olmasına həm də fizioloji hadisələrin düzgün meydana gəlməsi üçün əhəmiyyətlidir. İnsan bədənindəki bir çox biokimyəvi reaksiya su ilə reallaşır;
4. Siqaret çəkməyin. Bir çox zərərli maddəni saxlayan siqaret, bədəndəki bütün orqan və sistemlərə mənfi təsir göstərir. Siqaret dəri və bədən yaşlanmasının ən əhəmiyyətli səbəblərindən biri heasb olunur;
5. Günəş şüalarının zərərli təsirlərinə və radiasiyaya çox məruz qalmayın;
6. Yuxu nizamına və keyfiyyətinə diqqət yetirin;
7. Gündəlik həyatın stresindən uzaq dayanmağa çalışın, özünüzə vaxt ayırın;
8. Yaz ya da qış aylarında fürsət tapdığınız zamanlarda istirahətə gedə bilərsiniz. İstirahətin ruh və bədən sağlamlığına çox əhəmiyyətli faydaları var;
9. Gənc və sağlam qalmaq istəyən kəslərin mütləq ailələrinə və sevdiklərinə zaman ayırması lazımdır.
10. Bolluca gülmək və həyata pozitiv baxmaq sağlamlıq üçün olduqca vacibdir. Elmi araşdırmalar gülüşün bədəndəki bir çox üzvlərə faydalı olduğunu sübut etmişdir.
Onuda qeyd etmək lazımdır ki, sağlam yaşlanmaq, həm də adamın genetik quruluşu ilə əlaqəlidir. Bu baxımdan gələcək nəsilləri düşünərək mütləq zərərli vərdişlərdən və işlərdən uzaq olmalıyıq.


Tarix: 08.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Saglamliq