beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucluq ayını sağlam keçirmək üçün bəzi məsləhətlər

Orucluq boyu tər göyərti və sudan tez-tez istifadə edin.
Ramazan ayını sağlam keçirmək üçün bəzi vərdişlərinizi unutmalısınız. Ağır yeməklər, şərbətli şiriniyyatlar, xəmir xörəklərindən uzaq durmalısınız.

1-Axşamlar yatmağa 1 saat tez gedin, lakin imsaka mütləq qalxın

İmsaka qalxarkən yuxudan əziyyət çəkirsinizsə, akşamlar 1 saat erkən yatın. Çünki imsaqa qalxmadığınız təqdirdə həmin gün sağlamlığınızda daha çox problem olacaq. İmsaq etməsən oruc tutanda ac qalmaq müddəti artır, metabolizm prosesinin sürəti düşür, halsızlıq, baş ağrısı, yorğunluk və diqqətsizlik yaranır. Uzun müddət aclıqdan sonra iftarda həddən artıq yeməyi və qanda şəkərin düşməsini əngəlləmək üçün imsaqda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.

2-İmsak süfrənizdə tər göyərtilər, meyvə və kompot mütləq olsun

İmsakda çox yağlı, çox duzlu və həddindən artıq şirin yemək olmaz. Bunların yerinə həzmi asanlaşdıran, mədə-bağırsaq sistemində uzun müddət qala biləcək liftərkibli göyərti, meyvə və tam taxıllı qidalara üstünlük verin. Gün ərzində qanda şəkərin miqdarının düşməsini qarşısını almaq, mədə boşalmasını gecikdirmək üçün imsak vaxtı zəngin proteinli qidalarla qidalanmaqla mümkündür. İmsaq üçün ən ideal qidalar: zeytun, pendir, yumurta, kəpəkli çörək, tər göyərti, süd, qatıq, meyvə və ya meyvə kompotları.

3-Çox vaxt ərzində az yemək yeyin

Günboyu ac qalan mədəyə iftarda birden yüklənməsi bır sıra problemlər, eləcə də ürəyin yüklənməsində səbəb olur. Ürək tutması, yüksək təzyiq, beyin qanaması və s. riskləri artırır. Uzun müddət ac qalan mədəni birdən yükləməyin, az və tez-tez yeyin. Yemək yeyərdən tələsməyin. Çox vaxt ərzində az yemək yeyin.

4-İftarla imsak arasında 2 dəfə yemək qəbul edin

Normal halda 5 və ya 6 dəfə yemək qəbul edərkən Ramazan ayında imsaq və iftarda 2 əsas yemək menyu hazırlayın. Bu şəkildə ola biləcək neqativ hal və ya metabolizmın sürətini düşməsinin qarşısını ala bilərsiniz.

5-Qatıq və ayranı süfrənizin ayrılmaz dostu edin

Orucunuzu su və xurma ilə açdıqdan sonra şorba və ya salat kimi yüngül qidalarla iftara davam edin. Əsas yeməyə keçməzdən öncə 5-10 dəqiqə ara versəniz, mədəniz rahatlanar və daha az yeməyinizi təmin edər. Ətli və ya ətsiz göyərtli yemək, qızardılmış ət ilə az miqdarda plov, makaron yeyə bilərsiniz. Bunlarla birlikdə həm protein, həm də kalsiumla zəngin olan qatıq və ayran da qəbul etməyi unnutmayın.

6-Yay meyvələrindən hazırlanan şiriniyyatlara üstünlük verin

Yeməkdən 1-2 saat sonra meyvə və ya şirniyyat yeyə bilərsiniz. Lakin yediyiniz şirniyyatın şərbətli xəmirli və qızardılmış olmamasına fikir verin. Xüsusilə mövsüm meyvələrindən hazırlanan südlü şirniyyatlar və ya dondurma sizin üçün yüngül və sağlam bir seçim ola bilər.

7-İftar və imsak arasında 10 stəkan su için

Ramazan ayı ilin ən isti aylarına düşür. Yay aylarında çox tərləmə su itkisini də artırır. Buna görə də bədəninizdə suyun miqdarına fikir verin. İmsaq vaxtı su qəbuluna xüsusi önəm verin. Bunun üçün evdə hazırlanan azşəkərli limonadlar, ayran, meyvə kompotları için. Ramazan boyunca 2 litr su içməyi düşünməyin, iftarla imsaq arasında ən az 8-10 stəkan su için. Amma çay və qəhvənin su ehtiyatını qarşılamadığını unutmayın.


Tarix: 08.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Saglamliq