beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqareti tərgitməyin 7 ən məşhur üsulu

Hörmətli siqaret çəkənlər və bu zərərli vərdişi tərgitmək istəyənlər, biz sizin üçün burda ən populyar üsulları diqqətinizə çatdırırıq. Bu üsulların effektliliyi insanların xarakterindən asılıdır. Yəni hər bir üsul bir qrup insanlara kömək edir, digərinə yox. Ona görə bütün üsulları diqqətlə oxuyun,sonra hansı üsul sizdə daha çox inam yaratdısa, demək o üsul sizə mütləq kömək etməlidir. Məhz həmin üsulu da seçin!!!

Siqareti tərgitmək qərarına gəlmək bu üsulların hamısının açarı hesab oluna bilər. Amma ürəkdən, ciddi siqaret çəkməməyi istəmək lazımdır. İlk növbədə insan öz nəhsi, iradəsinə hakim olmağı bacarmalıdır. Hər gün siqaretin zərərləri haqqında yazılar oxumalı videolara, şəkillərə baxmalıdır. Siqaretçəkmənin nəticəsində əmələ gələn, əzabverici, işgəncəli ölümə səbəb olan ağciyər, mədə, dil, dodaq, qırtlaq xərçəngi və s. xəstəliklər haqqında oxumalıdır. Siqareti hətta cibindəki siqaret qutusunu çixarıb ayaq altında əzib və bir daha əlinə siqaret almamaqla da atmaq olar. Yadda saxlayın!!! El arasında gəzən yalnış fikirə inanmayın, hansı ki, deyirlər siqareti bu cür atmaq oraqnizmə ziyandır. Siqareti tərgitməyin orqanizmə heç bir ziyanı yoxdur!!! VƏ... siqaretin heç biri sakitləşdirici təsiri yoxdur!!! Bu yalnız psixioloji təsir edərək, haradasa fikiri stressə səbəb olan amildən müvəqqəti yayındırmaqla kömək edir. Bu isə insanin özünü aldatmaqdan başqa bir şey deyildir!

Siqareti tərgitməyi qərar vermək problemin böyük ölçüdə həlli deməkdir !!!

Biz sizə ən populyar üsulları təqdim edirik.

1. Nikotin əvəzinə nikotin- nikotin tərkibli tabletlər,plastırlar, saqqızlar, şirnilər(ledençı)- siqaret tərgitməkdə ən effeqtli üsulardan biridir. Siqaret tüstüsunun tərkibində 100-lərlə zərərli maddələr olmasına baxmayaraq, asılılıq yaradan təkcə nikotindir! Nikotin tərkibli ən məşhur preparat nikorette- dir. Bu preparatın sizə uyğun olan formasını seçməklə, istifadə edə bilərsiniz. Çox effeklidir, əgər insan həqiqətən də siqareti atmağı qarşısına məqsəd qoymusunuzsa!
2. Kompromiss- bu tədricən çəkilən siqaretlərin azaldılmasıdır. Məsələn, əgər siz günə bir qutu papiros çəkirsinizsə, özünüzə bu sxemi tərtib edə bilərsiniz: 1-ci 3 gün ərzində hər gün 1 papiros azaldın. Belə ki, 3 gündən sonra 17 siqaretə çatırsız. Növbəti 3 gün hər günə 2 papiros azaldın. Yəni, siqareti atmağa başladığınız 6-cı gün 11 siqaretdən çox çəkməməlisiz! Növbəti 3 gün 10 papiros çəkin. Sonra hər gün 1 papiros azaltmaqla, 1-2 papirosa qədər azaldın. Sonra ümumiyyətlə, çəkməməyə cəhd edin, dözülməz həddə (hərçənd burda dözülməz bir şey yoxdur).
3. Əvəzləmə - axrıncı papirosu çəkib, bir daha əlinə siqaret götürməyəcəyinə söz verib, fikrini yayındırmaq üçün müxtəli şirniyyat (sorma) növlərindən, saqqızlardan istifadə etmək olar. Həqiqətən də bu bir çox insanlara kömək edir.
4. Siqaret çəkənlərdən mümkün qədər uzaq olun! Siqareti atma mərhələsində bu çox vacibdir. Siqaret çəkən dostlarınıza da siqareti atmağı təklif edərək, özünüzün bu işi başladığınızı deyin, və xahiş edin ki, sizin yanınızada siqaret çəkməsin.
5. Mükafat - Bir aylıq siqaretə xərcəliyiniz pulları toplayaraq ayın sonunda özünüzə söz verdiyiniz mükafatı ala bilərsiniz.
6. Elektron siqaret - bəzi insanlarda fiziki asılılığı ardan qaldırmaq üçün bu üsul da köməkçi ola bilər.
7. Təcrübədən istifadə - ətrafınızda tanışlardan siqareti tərgidənlər varsa, onların təcrübəsindən də yararlana bilərsiniz. Bu həm, mənəvi dəstək, həm də insan da özünə inam da yaratmış olur.

Uğurlar sizlərə ... kimlərəsə köməyimiz dəysə, özümüzü xoşbəxt hiss edərik.


Tarix: 08.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Saglamliq