beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu pozğunluğu müvəffəqiyyətsizliyə səbəb olur

Yuxusuzluq anlamaq və qavrama fəaliyyətlərinə mənfi təsir edir. Gecə yuxusunda oksigenin bədənə kifayət qədər girməməsi nəticəsində beyində yaranan zərərin öyrənmə, anlama və qavramaya mənfi təsir edəcəyi, bu səbəblə də uşağın dərsdə müvəffəqiyyətsiz ola biləcəyi qeyd olunub. Süleyman Dəmirəl Universiteti (SDÜ) Tibb Fakültəsinin sinə xəstəlikləri üzrə fundamental elm sahəsində fəaliyyət göstərən müəllimi Prof. həkim Əhməd Ağqaya, verdiyi müsahibədə yuxuda tənəffüs problemlərinin xoruldama, yuxuda nəfəsin dayanması, gündüz həddindən artıq yuxulu hal kimi 3 əsas əlaməti olduğunu söyləyib.
Yuxusuzluq problemlərinin hər yaşdan insanda görülə biləcəyinə diqqət çəkən Ağqaya, xəstəliyin orta məktəb və litseydə təhsil görən uşaqlarda da olacağını bildirib. Yuxusuzluq problemləri olan uşaqlarda ümumiyyətlə baş ağrısı, səhər gec oyanma və ya heç oyana bilməmə ilə gündüz yorğunluq kimi əlamətlərin görülə biləcəyini vurğulayan Ağqaya, bu tərz uşaqların davamlı yorğun gəzdiklərini, zehinlərini, düşüncələrini yığcamlaşdıra bilmədiklərini, zəkalarından yararlana bilmədiklərini, yaddaş nöqsanlığı kimi hal və çətinliklərlə üzləşdiklərini qeyd edib.
Bu vəziyyətin uşağın həyatına və işirak etdiyi imtahanlarda müvəffəqiyyətli ola bilmə səviyyəsinə, dərslərdə qavrama işinə qeyri-kafi təsir göstərdiyini ifadə edən Ağqaya ''Bu uşaqlar dərslərdə ümumiyyətlə yatacaq" deyə öz münasibətini ifadə edib. Bu səbəblə onlar dərsi tam olaraq qavraya bilməzlər. Bu da nəticə etibarı ilə uşağın müvəffəqiyyətsiz olmasına gətirib çıxarar. Universitet imtahanı kimi 3 saat boyunca bütün zehni funksiya və imkanları ortaya qoymaq məcburiyyətində olduğunuz bir imtahanda, yuxunu çox yaxşı almağınız vacibdir.
Həkim Ağqaya yuxuda tənəffüs problemləri yaşayan uşaqların mütləq bir şəkildə araşdırılmasına və lazımi ölçünün götürülməsinin vacib olduğuna diqqət çəkmişdir. Yuxu əsnasında bədənə kifayət qədər oksigenin girməməsinin beyin və ürək kimi həyati orqanlarına təsir edə biləcəyinə ifadə edən Ağqaya, ''oksigenin kafi miqdarda bədənə girməməsindən ən çox təsirlənən orqanın beyin olduğunu ifadə edib. Bu səbəbdən yaddaş, öyrənmə və ağıllı qərar vermə funksiyalarında çatışmazlıq ola bilər. Bu şəkildə də tələbəmiz müvəffəqiyyətsiz olar. Yuxu pozqunluğunun adamın gənclik dövrlərində nəzərdən qaçıra biləcəyinə işarə edən Ağqaya, bunları söyləyib:
Yuxu pozuqluğu səbəbi ilə bəlkə də zəka və bilik tutumu yüksək olan bir uşaqda çatışmazlıq, müvəffəqiyyətsizlik ortaya çıxa bilər. Müəllim və ya ana-ata, uşağın yuxu problemləri çəkdiyini bilməyərək, onların zəkasının yüksək olmadığını, tənbəl və dəcəl olduqları ilə günahlandırırlar. Əslində isə uşağın zəkası yaxşıdır. Amma gecə yuxusunu qeyri-kafi aldığına görə performansı aşağı düşüb. Bu səbəblə yuxuda gənclərdə tənəffüs problemlərinə diaqnoz qoyulması lazımdır. Problem yuxu laboratoriyalarında tədqiq və təsbit edilib. Aparılan təcrübədə Ağqaya, laboratoriyalarda bədənin 56 funksiyasının araşdırdıqlarını bildirib, ''Bu, bir gecə davam edib. Xəstənin 1 gecə boyunca video qeydini alıblar. Bu işdə hər şeyə fikir veriblər. Əgər bir problem ortaya çıxarsa, tətbiq olunacaq müalicə ilə uşağın gecə boyunca oksigeni balanslı bir şəkildə almağa başlaması təmin edəcəklər' deyə danışıb.


Tarix: 08.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq