beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğunluğun müalicəsi

Yorğunluq hallarının müalicəsi olduqca asandır. Həmin üsullara stressdən uzaq olmaq, elektron cihazların istifadəsini azaltmaq, lazımi miqdarda su içmək, həyat tərzinə fikir vermək aiddir. Yorğunluq problemlərinin həllində idman, maqnezium və c vitamini əksikliyinin tamamlamaq, düzgün rejim, trioid bezinin və bəzi xəstəliklərin müalicəsi əsas götürülür.
İdman yuxu ritminin nizamlanmasında, yorğunluğun azaldılmasında əhəmiyyətlidir. Bundan əlavə seratonin və adenozin hormonlarının ifraz olunmasını və stress hormonu hesab olunan kortizolun azalmasını təmin edir.
Qaraciyər və böyrək kimi orqanlarda təzyiq halları, xəstəliklərin olması da yorğunluğa səbəb olur. Qaraciyər kifayət qədər məhsuldar işləmədikdə bədəni zəhərlərdən yaxşı təmizləyə bilmir. Həddindən artıq yükləndikdə isə yorğunluq və ağrı verir. Bu baxımdan həmin xəstəliklərin müalicəsi vacibdir. Bundan əlavə qaraciyərə kömək edən qidalardan istifadə zəruridir. Həmin qidalara ənginar, çuğundur, yer kökü, gül kələmi, sarımsaq və soğan da aiddir.
Məlumata görə susuzluq qan həcmini azaldır, ürəyin daha çox işləməsinə səbəb olur. Buda özlüyündə yorğunluq hallarını yaradır. Mütəxəssislərin fikrincə həmin halları aradan qaldırmaq üçün gün ərzində sahib olduğunuz hər kiloya 30 millilitr su içmək lazımdır. 70 kq ağırlığında olan adam bir gündə 2.1 litr su içməlidir.
Bildiyimiz kimi yuxu insan sağlamlığı üçün olduqca vacibdir. Yuxusuzluq iş həyatında müxtəlif yorğunluq halları yaradır. Tədiqatlar sübut edib ki, yatmazdan əvvəl cib telefonu ilə danışmaq yuxu pozulmalarına səbəb olur. Bu baxımdan yorğunluq hallarına səbəb olan cihazlardan az istifadə edilməlidir.
Tədqiqatlara görə daha çox stress yorğunluğa səbəb olur. Bu baxımdan ilk növbədə stressə səbəb olan hallardan uzaq olmaq lazımdır. Daha çox sağlam həyat tərzinə fikir vermək, düzgün qidalanmaq, maraq dairəsinə uyğun işlərlə məşğul olmaq, müsiqi dinləmək vacibdir. İdmanla məşğul olmaq, rəsm çəkmək, meditasiya etmək, ilıq duş almaq baş ağrısı, yorğunluq, stress halları üçün idealdır. Ətirli qoxular, təbiət səsləri, gülməli filmlər də stressi azaltmağa kömək edir.
Bütün bunlar stress hallarına son qoymaqla, immunitet sistemini gücəndirir, insanın aktiv olmasına səbəb olur.
Çox uzun davamlı yorğunluqların daha ciddi səbəbləri ola bilər. Bunlara xroniki yorğunluq xəstəlikləri, çölyak xəstəliyi, anemiya, depressiya, yuxu apnesi daxil edilir. Bu baxımdan mütləq müayinədən keçmək vacibdir. Həmin xəstəliklər nə qədər tez müalicə olunsa bir o qədər sağlamlığa xeyirli olacaq.


Tarix: 08.01.2015 / 12:15 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Saglamliq