Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tez-tez antibiotik istifadə edənlərin diqqətinə

Məlumata görə mütəxəssislər şüursuz antibiotikdən istifadə edənlərə ciddi xəbərdarlıq ediblər.
Verilən xəbərdən aydın olur ki, bu insan sağlamlığında pis fəsadlarla yadda qalır. Mütəxəssislərin fikrincə şüursuz dərman istifadəsi bir çox orqana zərər verir.

Deyilənə görə qaraciyər ən çox təsirlənən orqandır. Çünki, qaraciyər bu toksik hepatitlərlə maddələr mübadiləsi üçün çox iş gördüyündən son nəticədə hüceyrələri zədələnir.

Bu baxımdan məsləhət görülür ki, antibiotiklərdən istifadə edən xəstələr bədənlərində ən kiçik bir dəyişiklik belə hiss etsələr dərhal həkimə müraciət etməlidirlər.
Həkim nəzarətindən kənarda antibiotiklərdən istifadə bədəndəki bütün orqanlara zərər verdiyi kimi ölümə də səbəb ola bilər.

Məhz, buna görə necə gəldi dərmanlardan istifadə edilməməlidir.
Ümumdünya Sağlamlıq Təşkilatının (WHO) məlumatlarına görə, istifadə edilən antibiotiklər bəzi hallarda gərəksiz istifadə olunur.


Tarix: 08.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq
loading...