beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aktiv olmaq beyni qoruyur

Məlumata görə irəliləyən yaşlarda normal insanın orqanları və əzələləri həcm baxımından dəyişikliklərə məruz qalır və buda beyinə təsir göstərir.
Yaş irəlilədikcə bəzi insanlarda unutqanlıq baş verməsi də buna misal ola bilər.
Bunun üçün aktiv həyat tərzi və beynin aktiv tutulması önəmlidir. Bu olacaq risklərdən beyni qorumağa və yaddaşı gücləndirməyə kömək edər.
Həmçinin beyin dinamik bir orqan hesab olunur. Bu baxımdan beyni stressdən uzaq saxlamaq lazımdır. Çünki, stress yaddaş problemlərinə səbəb ola bilər.
Stress anında aktivləşən orqanizmin qorunma impulsu və buna bağlı yüksələn adrenalin səviyyəsi yeni qeyd sistemlərini sanki bloka salır.
Buna ən yaxşı nümunə ani yaşanan qorxu ya da kədərlərin detallarının sonradan heç xatırlanmamasıdır.
Məhz, buna görə stressin qarşısını almaqla, yaddaşı gücləndirmək üçün krossvord həll etmək, müxtəlif zəka oyunları oynamaq faydalı olar.
Düzgün qidalanma xüsusilə vacibdir. Dəniz və dəniz məhsulları ilə qidalanmaq da məsləhətdir. Tərkibində Omeqa 3 olan bu məhsullar hafizəni gücləndirməyə kömək edir.
Bundan əlavə həyat tərzinin vacib elementlərindən hesab olunan idmanla məşğul olmaq beyni aktivləşdirməyə və yaddaşa xeyirlidir.


Tarix: 08.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Saglamliq