beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsini necə sürətləndirə bilərik?

Maddələr mübadiləsi, bədənin təməl funksiyalarını davam etdirə bilmək üçün orqanizmin bir gündə ehtiyacı olan minimum enerji miqdarıdır.
Bu enerji miqdarı dinlənmə və istirahət zamanı bədənin kalori xərcləmə sürətinə baxılaraq ölçülür. Müxtəlif fəaliyyətlərlə məşğul olduqda (idman, fiziki əmək və s.) bədənimiz davamlı kalori yandırır. Bədəndəki əzələ və yağ toxumalarının bir-birinə nisbəti hesab olunan bədən biləşmələri maddələr mübadiləsinə təsir edir. Maddələr mübadiləsini sürətləndirməyin çəki alıb vermədə də əhəmiyyətli rolu vardır. Maddələr mübadiləsini sürətləndirmək üçün əzələ toxumasını artırmaq gərəklidir. Əzələ toxuması nə qədər çoxdursa maddələr mübadiləsi də o qədər sürətlənər. Məlumata görə 40 yaşından sonra əzələ toxuması azalmaya başlayır. Bu səbəbdən nizamlı idman etməklə maddələr mübadiləsini sürətləndirmək vacibdir. Başqa sözlə, bədən funksiyalarının daha mükəmməl olmasını təmin etmək və sağlam həyat üçün idman və aktiv həyat tərzi vacib şərtlərdən biri hesab olunur. Zəif maddələr mübadiləsinə sahib olduqda insanda üşümə, quru dəri, nəbzin yavaş vurması, aşağı təzyiq və s. narahatlıqlar ola bilər. Maddələr mübadiləsinin sürətinin artması üçün tərkibi zülalla zəngin olan pəhriz saxlamaq məsləhətdir. Xüsusilə süd məhsullarının tərkibində əzələ toxumasını artırmağa kömək edən bəzi maddələrin olması maddələr mübadiləsini yüzdə 10 nisbətində sürətləndirdiyi bildirilir. Acılı souslu yemək yedikdən sonra təxminən iki-üç saat içində maddələr mübadiləsi sürətinin yüzdə əlli nisbətində artmağın mümkün olduğu bildirilir. Yaşıl çay isə ürək təzyiqini artırmadan maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Əgər yod əskikliyi olarsa bu maddələr mübadiləsinin düşməsinə səbəb olar. Bunun üçün yod səviyyəsini artıracaq dəniz və süd məhsullarından istifadə etmək olar.


Tarix: 08.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq