beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər yeməyi yeməyənlərə pis xəbər

Səhər yeməyini yeməyənlərdə infarkt keçirmək riski 27 faiz artır. Yeni araşdırmanı Harvard universitetinin mütəxəssisləri aparıblar. Yayılan məlumata görə, 45-82 yaş arası 27 min nəfərin yemək vərdişləri 16 il müddətində tədqiq edilib.

Belə ki, səhər yemək yeməyəndə orqanizm təzyiqi, insulin və xolestrol səviyyəsi artır. Bununla da gecə boyu ac qalan və səhər enerji ala bilməyən bədənin yükü artır.
Bu vərdişin illərlə davam etməsi ürək xəstəliklərinə və ya yüksək təzyiqə yol açır.
Bundan əlavə səhər yeməyi yeməyən kişilər daha çox siqaret çəkir, içki içirlər ki, buda yeni xsətəliklərin yaranması deməkdir.

Nəticələrə görə, yuxudan öncə yeyilən yemək, səhər yeməyi yeməməkdən daha pis nəticələr doğurur. Gecə yeməkləri ürək xəstəlikləri riskini 55 faiz çoxaldır.

Qeyd edək ki, hələlik ancaq kişilər üzərində aparılan araşdırmanın nəticələri açıqlanıb. Qadınlar üzərindəki araşdırmanın nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.


Tarix: 08.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Saglamliq