beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter asılılığının daha bir müalicəsi

Kompüter asıllığı problemini həll etmək üçün hər şeydən əvvəl beyin bir müddət istirahət etməlidir. Yəni kompüter oyunları səbəbi ilə beyin tarazlığı pozulan adam, ən azı 3 ay müddətində kompüter oyunlarından uzaq dayanmalıdır.
Bu istiqamətdə heç bir fəaliyyət görməməlidir.
Türkiyəli həkim Dr. Yavuzun sözlərindən aydın olur ki, həmin müddət ərzində oxuma və öyrənmə fəaliyyətləri dayandırılmalı və lazımi işlər yerinə yetirilməlidir.
Çünki qalıcı pozuqluqlar inkişaf etməyibsə bir müddət sonra beyin funksiyaları köhnə fizioloji və normal vəziyyətinə qayıdacaqdır.
Kompüter asılılığı olan şəxslərə hər hansı bir dərman istifadəsi və ya antidepresant dərmanlar güclü təsir göstərmir.
Hətta bunlar vəziyyəti daha da gərginləşdirə bilərlər. Ən yaxşısı 2-3 ay kompüterdən uzaq olmaqla beyni dinləndirməklə normal fəaliyyətlərə üstünlük verməkdir.


Tarix: 08.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq