beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu nəyə görə vacibdir?

Roçester Univesiteti alimlərinin dediyinə görə. Insan yatarkən onun beyni qarşıdan gələn gün üçün enerji toplayır. Bizim beynimiz zəhərli tullantılardan da qurtula bilir.

Alimlər bunu siçanların onurğa beyninə fosfor mayesi yeritdikdən sonra aşkar ediblər.
Soldakı siçanın fəallığına diqqət yetirin, o yatıb. Sağdakı siçan isə oyaqdır və onun beyin fəaliyyəti araşdırılır.

Nevroloq Maiken Niderqard tədqiqata başçılıq edir. O deyir ki, bizim beynimiz iki müxtəlif funksiya daşıyır. "Biz oyaq olanda beyin hüceyrələrimiz ətraf mühitin qavranması yolunda daha ağır işləyir. Biz yatarkən isə beyin hüceyrələri oyaq olarkən toplanmış bütün lazımsız informasiyanı təmizləməklə məşğul olur."

Təhqiqatçıların fikrincə hüceyrələr Alzheymer və digər əsəb xəstəlikləri də daxil edilməklə bir çox xəstəliyə səbəb olan beyindəki zəhəri təmizləyir. Onlar eləcə də deyirlər ki, yuxuda olarkən hüceyrələr daha çox sıxılmaqla tullantıları daha effektiv kənarlaşdıra bilir. Doktor Niderqard həmin toksinlərin ciyərə endiyini və orada məhv olduqlarını deyir.
"Beləliklə, bizim araşdırmalarımızın nəticələri onu göstərir ki, biz orqanizmimizdəki zəhərdən qurtarmaq üçün daha çox yatmalıyıq."

Beyinin təmizlənməsi ilə bağlı araşdırmalar yeni imic texnologiyaları ilə həyata keçirilə bilər çünki prosesi görmək üçün heyvan sağ olmalıdır. Doktor Niderqard gələcəkdə belə araşdırmanın insan beyni üzərində aparılmalı olduğunu deyir. İndiyədək əldə olunan nəticələr göstərir ki, yatmaq səhhətdə mühüm rol oynayır və bu araşdırmalar bir gün beyin xəstəliklərinin aradan qaldırılmasına yardımçı ola bilər.


Tarix: 08.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Saglamliq