beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmmuniteti gücləndirmək yolları

Türkiyəli mütəxəssis "Dr. Alev" yuxusuzluq, stress halları, balanssız qidalanma kimi problemlərin immunitetə mənfi təsirindən danışıb. Həmçinin siqaretin, spirtin, şəkər istifadəsinin təsirini də qeyd edib. Mütəxəssisin sözlərindən aydın olur ki, həmin problemlərin həlli insanı qış xəstəliklərindən uzaqlaşdırmağa kömək edir və orqanizmi möhkəmləndirir.
Ümumi olaraq qeyd etmək lazımdır ki, immuniteti gücləndirmək üçün stressdən uzaq olmaq, düzgün qidalanmaq, zülal və yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisisində olmaq, məşq etmək, zərərli vərdişləri tərgitmək yetərlidir.
Stressdən uzaq durmaq: İnsan stresdə olduğu zaman orqanizimdən stressi dəf etmək üçün maddələr çıxır. Bu isə tarazlığı pozmaqla immunitetə təsir göstərir. Bu səbəbdən stress keçirən dövrlərdə daha tez xəstələnir və immunitetimizin yaxşı olmadığını görürük. Bəzi hallarda müxtəlif uçuqlar da meydana gəlir. Bunun qarşısını almaq üçün həkimə müraciət etmək və stress yaradan amillərdən uzaq olmaq lazımdır.
Düzgün qidalanmaq: Bildiyimiz kimi düzgün qidalanmaq sağlamlıq üçün olduqca vacibdir. Qida rasionu hazırlanarkən immuniteti gücləndirən qidalara fikir vermək əhəmiyyətlidir. İstəyə uyğun taxıl məhsullarından, karbohidratlardan hazırlanan və insan orqanizmi üçün faydalı olan yeməkləri seçim etmək olar. Tərkibi daha çox antioksidantla zəngin olan qidalar faydalıdr. Çünki, antioksidantlar hüceyrəyə zərər verən maddələrə qarşı daha təsir göstərərk onları zərərsizləşdirir.
Bu baxımdan sitrus bitkilərindən, soğan, sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, brokoli kimi antioksidantlardan istifadə etmək olar. Mövsümi və təzə meyvələr də faydalıdır.
İdmanla məşğul olmaq: Xəstəlikləri dəf etməkdə idman məşqləri vacibdir. Nizamlı məşq immunitet sistemini qüvvətləndirir. Bu zaman ağır idman məşqləri düzgün deyil. Bu bədənin gücdən düşməsinə və yorulmasına səbəb olur.
Normal yuxu saatına fikir vermək: Keyfiyyətli yuxu sağlamlıq üçün olduqca vacibdir. Bu insanın gün içində özünü gümrah hiss etməsinə kömək edir. Keyfiyyətsiz yuxu isə konsentrasiya və s. problemlər yaradır, zamanla immunitet sisteminin zəifləməsinə təsir göstərir.
Təmiz hava gəzintisində olmaq: Ekologiyanı çirkləndirən tüstülər insan sağlamlığı üçün zərərli olduğundan təmiz hava gəzintisi əhəmiyyətlidir. Başqa sözlə istirahət üçün vaxt ayırmaq, sevdiklərinizlə yaxşı zaman keçirmək sağlamlıq üçün faydalıdr. Təmiz havada olarkən meditasiya məşqləri edə bilərsiniz. Bu fiziki və mənəvi cəhətdən sağlam olmağa kömək edər.
Gərəksiz dərman istifadəsi: Gərəksiz yerə antibiotik və dərman istifadəsi immunitetə mənfi təsir göstərdiyindən zərərlidir. Bu baxımdan həkim reseptinə əməl etmək vacibdir.


Tarix: 08.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Saglamliq