beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamağa nədən başlamaq lazımdır?

Köklük nəinki təkcə sağlamlığa pis təsir edir, eyni zamanda, bədəni ağırlaşdırır, hərəkətlərin əlaqəsini və yüngüllüyünü azaldır. Dahasonra statistik məlumatlarda göstərilir ki, köklük 5% xəstəlik (məsələn, hormonların pozulması), qalan 95% qidanın düzgün qurulmamasının nəticəsidir. Hətta irsi köklük, müəyyən qida payına olan vərdişin nəsildən-nəsilə keçməsindən yaranır. Hələ südəmər dövrdə bəzi analar uşaqlarını artıq yedizdirməyə başlayırlar. Beləliklə, analar və nənələr sevimli balalarının “tez böyüməsini” istədiklərindən, onları həddən artıq yeməyə öyrəşdirir, mədələrini “genəldirlər”.

Piylənmə – piy toxumasının yığılması nəticəsində bədən kütləsinin (çəkisinin) artması deməkdir. Piylənmə çox vaxt orqanizmin ehtiyacından artıq olan ifrat kalorili yemək nəticəsində əmələ gəlir. Bu, o demək deyildir ki, hər kök adam “qarınqulu”dur. Köklük həyat tərzinin dəyişməsi, yeni oturaq həyata keçid, istirahətin pozulması, ya da idmanla az məşğul olmaq nəticəsində də ola bilər. Məsələn, idmançılar idmanı atan kimi çəkiləri artmağa başlayır, ona görə ki, alışdıqları qida rasionunu olduğu kimi saxlayırlar, halbuki orqanizmin bu qidaya olan ehtiyacı kəskin surətdə azalmışdır.

Kimləri biz kök adlandırırıq?
O adamlara kök deyilir ki, onların piy toxumalarının toplanması nəticəsində çəkiləri artır. Piylənmənin dərəcəsini dərialtı piy qatının qalınlığı ilə müəyyən etmək olar. Bu qat bədənin çəkisindən asılı olmayaraq orqanizmdə nə qədər piy olduğunu göstərir. Əgər dərialtı piy təbəqəsi nazikdirsə, onda bədənin çəkisinin ağır olması hələ piylənmə demək deyil.
Adamın orta çəkisi boy ölçüsündən 100 çıxdıqda qalan rəqəm olmalıdır. Məsələn, bir adamın boyu 160 sm-dirsə, deməli, onun çəkisi 60 kq olmalıdır.
Təbii ki, insan bədəninin çəkisinin bu sayaq təyin edilməsi dəqiq deyildir, çünki adamın bədən kütləsinin böyüklüyünə bədən quruluşunun xüsusiyyətləri, əzələlərin inkişafı və s. amillər müxtəlif təsir göstərir. Bunları nəzər alaraq, aşağıdakı normalar işlənib hazırlanmışdır.

Köklüyün qarşısını necə almaq olar?
Ən vacibi artıq çəkinin əmələ gəlməsinin qarşısını almaqdır. Lakin bu artıq çəki əmələ gəlmişsə, tezliklə ondan yaxa qurtarmaq lazımdır. Bunun üçün, ilk növbədə qidanın kaloriliyini azaltmaq lazımdır. Yoxsa sonralar daha qüvvətli vasitələrə əl atmaq lazım gələr. Bu həm xoşagəlməz haldır, həm də orqanizm üçün çox da faydalı deyildir.

Doktor M.Qruysun metodikasına əsasən
bədən çəkisinin normaları

Lakin bu normalar da kifayət qədər dəqiq deyil, çünki elə cüssəli, əzələləri yaxşı inkişaf etmiş adamlar olur ki, onların çəkisi normadan 10-15 kq artıq olsa da tosqun sayılmırlar. Bədəninizin çəkisinin “düzgünlüyünü” yoxlamaq üçün ən yaxşısı onu 20-22 yaşında olan çəkinizlə müqayisə etməkdir.

Arıqlamağa nədən başlamaq olar?
Ən əvvəl, xəstələnməməyə çalışmaq lazımdır. Sonra yeməyin kalorisini elə azaltmaq lazımdır ki, orqanizm hər gün sərf etdiyindən az kalori alsın. Bunun üçün müəyyən etmək vacibdir ki, adamın gündəlik enerji sərfi nədən əmələ gəlir?
P Əsas maddələr mübadiləsi üçün lazım olan enerjidən. Yəni elə bir enerji ki, o, otaq temperaturunda sakit halda sərf olunur. Bu enerjiyə tələbat saatda bədən kütləsinin 1 kq çəkisinə 1 kaloridən ibarətdir. Məsələn, çəkisi 60 kq olan adamın əsas mübadilə enerjisi saatda 60 kaloridir, ya da bir sutkaya 60×24=1440 kaloridir.
P Qidanın həzm olunması və mənimsənilməsi zamanı sərf olunan enerjidən. Bu enerjinin miqdarı bir çox amillərdən, o cümlədən cins, yaş, boy və hətta iqlimdən asılıdır.

Əzələnin gördüyü işi yerinə yetirmək üçün lazım olan enerjidən. Bu qəbildən olan ererji tələbatı insanın hansı işi yerinə yetirməsindən, idmanla məşğul olub-olmamasından və s. çox asılıdır.
P Enerji tarazlığı bir şərtlə saxlanılır ki, qida ilə alınan enerjinin miqdarı onun məsrəfinə uyğun gəlsin. Əgər orqanizm tələbatından çox kalori alırsa, onun qalığı bədəndə piy halında yığılmağa başlayır. Ələlxüsus bu, boy artımının kəsildiyi (25 yaş), orqanizmin enerji tələbatı azaldığı vaxt baş verir. Bu dövrdə qida rasionuna xüsusi fikir vermək lazımdır.
Arıqlamaq istəyənlər pəhrizi elə qurmalıdırlar ki, enerji məsrəfi ancaq əsas maddələr mübadiləsini ödəsin. Qida ilə alınan enerji sərf olunan enerjidən az olarsa, orqanizmdə yığılmış piy ehtiyatı sərf olunmağa başlayır və yaxud yığılmış piy yanmağa başlayır.
Bu vaxt unutmaq olmaz ki, pəhriz yeməyi normal yeməyin spesifik bir növü olmalıdır. Birtərəfli və hazırda dəbdə olan “möcüzəli pəhrizlərdən” çəkinmək lazımdır.

Əsasən piylənmə törədən ərzaq mövcuddurmu?
Orqanizmin enerji tələbatından artıq olmayan heç bir ərzaq piylənmə törətmir. İstənilən ərzağı həddindən artıq yedikdə orqanizm bu “əlavə” kalorini piy ehtiyatına çevirməyə başlayacaqdır. Deyirlər ki, tərəvəzi istənilən qədər yemək olar, ondan adam kökəlmir. Lakin tərəvəzdə bəsit şəkər şəklində çoxlu miqdarda asan həzm olunan karbohidratların olmasına baxmayaraq, onların da çox yeyilməsi kökəlməyə səbəb ola bilər.

Kökəlmə zamanı qidanın tərkibində
hansı dəyişiklikləri etmək olar?
Bütün bu dəyişikliklər yüksək kalorili heyvan yağlarını, yağlı əti, xəmir xörəklərini, ağ çörəyi, qənnadı məmulatını və hər cür şirniyyatı çıxarmaqla kaloriliyi azaltmaqdan ibarətdir.
Kökəlmə zamanı, birinci növbədə, qidada yağları azaldıb, gündə 20-30 qrama endirmək lazımdır, özü də bu yağlar ya təbii heyvan, ya da bitki yağları olmalıdır. Zülallar pəhrizin əsas tərkib hissəsi kimi daha bir rol oynayır – maddələr mübadiləsini qüvvətləndirir. Yeməyin tərkibində yağların və karbohidratların miqdarı azaldıqda zülallar bədənin çəkisinin azalmasına səbəb olacaqdır. Odur ki, arıqlamaq üçün tərtib edilmiş pəhrizin tərkibində zülalların miqdarı orqanizmin ehtiyacından bir qədər artıq olmalıdır.

Kökəlmədə tərtib olunmuş pəhrizdə yağı az olan zülallı ərzaqdan istifadə etmək nəzərdə tutulur, bura yağsız ət və kolbasalar, yağsız quş əti, yağsız balıqlar, üzsüz süd, yumurta və həmçinin tərəvəz aiddir. Şokolad, şirniyyat, bal, pirojnalar, xəmir xörəkləri pəhrizdən tamamilə çıxarılmalıdır. Başqa yeyinti məhsulları xeyli azaldılmalıdır.
Bədənin çəkisinin artmasına yönəldilmiş pəhrizdə yüksək kalorili yeyinti məhsulları olan xörəklərdən çəkinmək lazımdır. Hərdən nəfsini öldürmək üçün balaca bir pirojna, ya da bir parça şokolad yemək olar, ancaq bunun əvəzində gündəlik yemək payı azaldılmalıdır.

Müəyyən edilmişdir ki, bir dəfədə yeyilən yemək, gün ərzində bir neçə dəfəyə bölünmüş yeməyə nisbətən daha tez kökəlməyə səbəb olur.

Son olaraq, onu da qeyd edək ki, əgər kimsə yeməyini azaltmağı bacarmırsa, o zaman əvvəlki qaydada yeyib, amma fiziki hərəkəti artırmaq lazımdır.


Tarix: 28.12.2012 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 618 Bölmə: Saglamliq