beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə Xurma yeməliyik?

Düzgün seçilmiş xurma bal kimi şirindir, çünki onun ¼ hissəsini şəkər təşkil edir. Buna görədə əgər siz işə iki yetişmiş xurma götürsəniz, aclıq sizi tutmaz. Təbii enerjidən səvai, çoxlu vitaminlər də qəbul etmiş olacaqsınız.
Gözə xeyirlidir. Yetişmiş xurma meyvəsində çoxlu beta-karotin (meyvəyə rəng verən element) var ki, görmə qabiliyyətini yaxşılaşdırır, gözlərin qocalmasının qarşısını alır.
Ağ ciyərinizi qoruyar. Beta-karotin nəfəs sisteminizi qoruyar, bronxit və pnevmaniya kimi xəstəliklərin qarşısını alar. Siqaret çekənlər xüsusi ilə xurmadan tez-tez istifadə etməlidirlər.
Ürəyə dəstək verir. Xurmanın tərkibinə elə bitki şəkəri və kaliyi daxildir ki, bu da ürək-damar sisteminə çox xeyirlidir. Bu öz növbəsində arterial təzyiqi nəzarət altında saxlayır və qipertoniyaya qarşı xeyirlidir.
Qarnınızı “bərkidin”. Qarnınız ağrıyırsa, mədəniz sancılanırsa, xurma yeyin.
Yaralarınızı sağaldar. Xurmanı çöl yaraları zamanı istifadə edə bilərsiz. O, həm tez bir zamanda yaranın bitişməsinə kömək edər, həmdə xurma antibakterial xüsusiyyətə malikdir.
Böyrəklərinizi xilas edər. Bu meyvədən ta qədimdən böyrək və sidiy kisəsi xəstəliklərində istifadə edirlər. Xurmanın tərkibindəki maqniy, natriy duzlarını orqanizmdən çıxardılmasına kömək edir, böyrəklərin boşalmasına yardımcıl olur. Sidiyqovan xüsusiyyətini əldə etmək istəyirsinizsə, gündə 3-4 meyvəni arada isti süd içməklə, yeməyiniz məsləhət bilinir.
Anemiyaya son. Xurmanın özündə və yarpaqlarında əksər mikroelementlər (xüsusən dəmir) var ki, onlardan dəmlənən çay anemiyaya qarşı xeyirlidir.
Boğaz ağrılarından azad olun. Tərkibindəki çoxlu A və C vitaminləri sezon soyuqdəymələrində immuniteti qoruyur. Boğazınız ağrıyırsa bir meyvənin şirəsini su ilə qatın və qar-qara edin. Bu proseduru bir neçə gün davam etdirin və xəstəlikdən azad olun.
Depressiyaya son. Beləki bir yetişmiş xurma gün ərzində orqanizmnizi maqniy ilə təmin edəcək ki, bu da əsəblərinizi sakitləşdirər, bərk yatmanıza kömək edər. Tərkibindəki fruktoza və qlyukoza sizin əhvalınızı gün ərzində yüksək tutar.


Tarix: 27.12.2012 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Saglamliq