beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Qaraqoyunlu

Tarixi
Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə Norabak qoyulmuşdur.

Mədəniyyəti
Kənddə: uşaq bağçası, klub, kitabxana, orta məktəb, tibb məntəqəsi, ticarət obyektləri və rabitə xidməti mövcud idi.

Coğrafiyası və iqlimi
Kənd Kiçik Qafqazda Göyçə silsiləsinin qərbində Qumlu (Çalmalı) dağının ətəyində yerləşir. İqlimi, qışı soyuq, yayı mülayim.

Əhalisi
1919-cu ildə kəndin əhаlisi erməni dаşnаklаrı tərəfindən qоvulmuş və 1922-ci il¬də kənd əhаlisinin bir qismi geri qаyıtmışlаr. 1988-1991-ci illərdəki 4-cü qaçqınlıq zamanı, kənddə 370 ev, 2000 nəfər əhali olmuşdur.

Tanınmışları
Salman Vilayətoğlu — publisist, jurnalist, psixoanalitik.
Aşıq və şairləri
Aşıq Əsəd — ustad aşıq
Aşıq Məhəmməd Rzayev — ustad aşıq
Aşıq Cahad — ustad aşıq
Aşıq Səlim
İbrahim Qurbanov (şair)
Qarabağ müharibəsi şəhidləri
Həsənov Qafqaz (itkin)
Qurbanov Şahin (itkin)
Rəhimov Rəhim - leytenant (itkin)
Çobanov Nuru - kapitan (şəhid)
Xanlarov Elizbar (şəhid)
Xanlarov Elimdar (şəhid)
Nəcəfov Araz (şəhid)
Nəcəfov Novruz (şəhid)
Qurbanov Qurban (şəhid)
Qəhrəmanov Məzahir (şəhid)
İmanov Daşdəmir (şəhid)
Həmidov Elşad (şəhid)
Kənddən Xocalıda ölənlər
Allahverdiyev Mumuş ... oğlu (54 yaş)
Allahverdiyeva Kifayət ... qızı
Allahverdiyev Bəhram Mumuş oğlu (17 yaş)
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq.


Tarix: 07.02.2015 / 13:20 Müəllif: Feriska Baxılıb: 231 Bölmə: Qərbi Azərbaycan