Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmkin (şair) - Yaradıcılığından nümunələr

Gəldim məzarını ziyarət edim,
Ziyadxan oğlu Cavadxan babam,
Qeyrət rəmzisən Azərbaycanda,
Vüqarlı dağlardan uca, xan babam.

"Cavadxan babam" şeirindən

Soruşdu birisi, sevdiyin nədir,
Dedim:-Ana, Vətən, Eli sevirəm,
Duyub danışdığım, dərk elədiyim,
Anam öyrətdiyi dili sevirəm.

"Sevirəm" şeirindən

Damcı damar, daşı dələr deyiblər,
Su arx ilə birdə gələr deyiblər.
Zər qədrini zərgər bilər deyiblər,
Sərrafı olmayan ləl qədri bilməz.

"Həyati təsvir " şerindən

Həyat nərdivandı, qalxanlar enir,
İnsan oğlu qonaq kimi əylənir.
Koroğlunun igidliyi söylənir,
Qalıbdı şöhrət-şanı dünyada.

"Dünyanı dərk" şeirindən

Dünya işlərinə nə qalmısan mat,
Həmi matəm keçir, həmi toy-büsat,
De, kimə gərəkdir mənasız həyat,
Könül şadlanarmı, qəm olan yerdə?

"Olan yerdə" şeirindən

(Seçmələr şairin "Seçilmiş əsərləri. Şeirlər, I cild." kitabından götürülmüşdür)


Tarix: 05.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Qərbi Azərbaycan
loading...