Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşədi Qasım

Həyatı
Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb.

Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.
El şairi Xasay Zeynalovun babasıdır.
Şəhid Yasif Kərimovun babasıdır.
Jurnalist Sənubər Fəziqızının babasıdır.
El şairi Qəmgin Fəzinin atasıdır.
Şəhid Abbas Qasımovun atasının babasıdır.


Tarix: 05.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Qərbi Azərbaycan
loading...