Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlar Şirinov

Xanlar Şirinov - Fizia-riyaziyyat elmləri doktoru, professoru

Həyatı
Xanlar Şirinov 1906-cı ildə Qubadlı rayonunun Abdalanlı kəndində anadan olmuşdu. Kənddə orta məktəbi bitirdikdən sonra 1923-cü ildə Bakıya gələrək fəhlə fakultəsinə daxil olur. Oranı bitirirdikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olur. Universiteti bitirdikdən sonra 1931-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda "Fizika" kafedrasında müəllim işləməyə başlayır. 1941-ci ildə II Dünya Müharibəsi onun pedaqoji fəaliyyətini dayandırmağa məcbur etdi və 416-cı Taqanroq diviziyasının alay komandirinin siyasi məsələlər üzrə müavini kimi döyüşlərdə iştirak edir. O, bu diviziyanın tərkibində də fərqlənmişdir. Belə ki, 1943-cü ildə Qafqaz cəbhəsinin Kaputçino-Didinkino rayonunda gedən ağır döyüşlərdə göstərdiyi şücaətə görə "Qızıl ulduz" ordeni ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra öz sevimli peşəsinə qayıdır və elmi axtarışlarını davam etdirərək, dissertasiya işini müdafiə edərək elimlər namizədi alimlik dərəcəsinə layiq görülür. O, fizia və kvant fizikası sahəsində Azərbaycan elminə bir çox töhfələr vermişdir. 1967-ci ildə X.C.Şirinova professor adı verilir və M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun "Xalq təssərüfatında atom enerjisinin tətbiqi" kafedrasının müdiri vəzifəsinə təyin olunur. Xanlar Şirinov ömrünün sonuna qədər bu vəzifəni daşıyır. Onun bir neçə dərs vəsaiti və monaqrafiyaları hal hazırda da fiziklərin stolüstü kitabıdır. Xalq təsərrüfatına atom enerjisinin tətbiqi ilə əlaqədar bir çox beynəlxalq, ümumittifaq və resspublika səviyyəli konfran və simpoziumlarda məruzələrlə çıxış etmiş, həlli vacib məsələlər qaldırılmışdır. Ömrünü Azərbaycan elminin yüksəlməsinə həsr etmiş, Xanlar Şirinov işlədiyi kollektiv tərəfindən də sevilən insan olmuşdu. Onun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, bir neçə dəfə orden və medallarla təltif olunmuş, "Əməkdar elm xadimi" kimi yüksək ada layiq görülmüşdir.


Tarix: 06.02.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 117 Bölmə: Qərbi Azərbaycan
loading...