beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əylənli

Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.8). Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir (415, s.34).
Əhalisi
Kənddə 1873 - cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904 - cü ildə 215 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər (415, s.34-35, 116-117), 1918-ci ilin yanvarında 300 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur (309, s.220) və kəndə 1916-18-ci illərdə Türkiyənin Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir (415, s.117). İndi ermənilər yaşayır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.


Tarix: 06.02.2015 / 19:22 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qərbi Azərbaycan