Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emin Alhəsənov

Alhəsənov Emin İsgəndər oğlu – Tyutor, Yeni Azərbaycan Partiyasının üzvü (2002-2013)

Həyatı
Emin Alhəsənov 1977-ci il noyabr ayının 27-də Ermənistan SSR-nin Basarkeçər rayonunun Daşkənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1988-ci ildə mənfur erməni qonşularımız azərbaycanlıları tarixi torpaqlarından sıxışdırması ilə əlaqədar olaraq doğma yurdundan ailəsilə birlikdə Bərdə rayonuna köçmüşdür. 1995-ci ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbini əla qiymətlərlə bitirmişdir. Həmin ildə də H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və Psixologiya ixtisasına daxil olmuşdur. 1999-cu ildə həmin ali məktəbi bitirmişdir.

1999-2000-ci ildə hərbi xidmətdə olmuşdur. 2000-2002-ci illərdə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının magistrantı olmuşdur. 2003-cü ildən Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 2009-cu ildən isə baş müəllim, 2008-ci ildən isə Pedaqoji fakültədə Tyutor vəzifəsində işləmişdir.

10-a qədər elmi məqalənin müəllifi idi.

2002-ci ildən vəfat edənə qədər Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

Ailəli idi. 2 qız övladı yadigar qalıb.

2 sentyabr 2013-cü ildə Gəncə şəhərində böyrək çatışmazlığı xəstəliyindən vəfat etmiş, çalışdığı Gəncə Dövlət Universitetində vida mərasimi keçirilmişdir. 3 sentyabr 2013-cü ildə Bərdə şəhər qəbiristanlığında dəfn edilmişdir.


Tarix: 05.02.2015 / 17:21 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Qərbi Azərbaycan
loading...