beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirazlı

Tarixi
Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904 - cü ildə 229 nəfər, 1914 - cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni (415, s.86-87, 156-157), 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər (415, s.239-240) yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.

Toponim oğuzların şirazlı etnonimi (F.Kirzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur.


Tarix: 06.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Qərbi Azərbaycan