beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təzə İbiş

Tarix
Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.

İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlılarn etnoqrafik qruplarından biridir.

Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıtmışdır. 1922-ci ildə kənddə 221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər, 1970-ci ildə 382 nəfər, 1987-ci ildə 580 nəfər azərbaycanlı yaşamışdır.

1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dayrik qoyulmuşdur.

Şəxsiyyətləri
Tacir Səmimi - Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
İlham Əhmədov (şəhid) - şəhid


Tarix: 06.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan