beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evli

Molla Eyyublu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir.

Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır.

Əhalisi
Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı 334 nəfər, 1931-ci ildə 382 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırlan 1989-cu ilin əvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Tahir Talıblı (Maşayev Tahir İslam oğlu) — şair, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Savalan Talıblı - Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009)


Tarix: 06.02.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Qərbi Azərbaycan